ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Şeyx Əhməd Salyani kimdir?

Şeyx Əhməd Salyani kimdir?

Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə) – Azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862-1884).

Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

Həyatı

Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib.

Şeyxülislamlıq

1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi.

1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı.

Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, digər müəyyən elmləri də yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur.

Ölümü

Şeyxülislam Axund Əhməd Hüseynzadə 1884-cü iləcən şeyxülislam olmuş, 1887-ci ildə Tiflisdə vəfat etmişdir. Qızı Xədicə Hüseynzadə Əli bəy Hüseynzadənin anasıdır.

Kitabları

“Ağızdan-ağıza keçmiş hədislər”
“Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal”
“Bəsaül nas-fi-məmləkətül Qafqaz”
“Tarixi-ədəbiyyati-türk”
“Tərbiətül-ətfal”
“Dilguşə” (az.wikipedia.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button