ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda Xanım Məsumənin vəfatı ildönümü qeyd edilib

Xanım Məsumənin (s.ə) vəfatı ildönümündə Gürcüstanda tədbir keçirilib

İslamazeri.az-ın “Ahlibeyt.ge”-ə istinadən verdiyi xəbərə görə, Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyi, Əhli-Beyt (ə) cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) vəfatı günü münasibəti ilə əza mərasimi keçirilib. Mərasim Kərbəlayi Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutub və Quran qarisi Rza Cəfərinin Quran tilavəti ilə başlayıb. Tilavətin ardınca Əl-Mustafa Unversitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zarii öz növbəsində çıxış edib. İlahiyyatçı “Xanım Məsumənin (s.ə) kəramət və fəzilətindən” danışıb. Mərasimin davamında isə həzrəti Məsumənin (s.ə) həyatına və hərəminə aid video çarx nümayiş etdirilib. Mərasimin sonunda Hacı Rahid rövzə və mərsiyyələr oxuyub. Mərasim fərəc duası və ehsan süfrəsilə yekunlaşıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button