AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycanın dəmir yolunun Ərdəbilə birləşdirilməsi məntəqənin inkişafına səbəb olacaq

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində cənab Vaizi və hörmətli valinin səfəri çərçivəsində Azərbaycanın dəmir yolunun Ərdəbil əyalətinə birləşdirilməsi barədə əməkdaşlıq protokoluna görə təşəkkürünü bildirib və kombinə nəqliyyat vasitələrinin işə salınması Parsabad və əyalətin şimal bölgələrinin inkişafına səbəb olacağını söyləyib.
Ayətullah Amili qeyd edib ki, bu layihə həyata keçəcəyi surətdə əyalətin şimal bölgələrində dəmir yolu çəkilişi ciddiləşəcək və yollar genişlənəcək.
Xətib nitqinin digər hissəsində İŞİD-in Türkiyə əsgərlərini yandırması cinayətinə də toxunaraq deyib: “Bu məzlumların hamısı əhli-sünnədir və İŞİD şiədən çox əhli-sünnəni qətlə yetirir”.
O, İŞİD-in sözçüsü Əbu Üsamənin İŞİD-in rəsmi saytında yer aldığı fətvanın mətinini də oxuyub. Mətndə deyilir: “Bizim üçün mürtəd sünnünü öldürmək kafiri öldürməkdən daha üstündür”.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi Türkiyə əhalisinə müraciət edərək deyib: “İran Hələbdə belə canavarlarla vuruşur və Türkiyədə İran səfirliyi qarşısında Hələbin azad olunmasına etiraz etmək üçün toplanmağınız Türkiyə dövlətinin qeyri-düzgün təbliğatından qaynaqlanır”.
Həzrət Ayətullah Amili bildirib: “Dünyada heç bir dövlət Ali-Səud qədər əhli-sünnəni öldürməyib. Ali-Səud dövləti Suriya və İraqdan əlavə Yəməndə də əhli-sünnəni qətliam edir. Yəmənin əhalisinin 90 faizi şafei və zeydi məzhəblərinin ardıcıllarıdır və zeydiyyə məzhəbinin fiqhi tamamilə əhli-sünnə fiqhidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button