ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xameneinin `Şəri Suallara Cavablar` kitabı Gürcüstanda çap olunub

Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin “Şəri Suallara Cavablar” (İstiftaat) risaləsi Gürcüstanda çap olunub.
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin “Şəri Suallara Cavablar” (İstiftaat) risaləsi “Fiqh Risaləsi” adı ilə Gürcüstanda Azərbaycan dilinə tərcümə və nəşr edilib.
Kitab İranın Gürcüstandakı Mədəniyyət Mərkəzi, Gürcüstanın “Darul-Hikmət” və “Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi”nin dəstəyi ilə tərcümə və çap olunub.
240 səhifədə nəşr edilən kitabın müqəddiməsində müsəlmanların öz şəri vəzifələrini öyrənmələrinin zərurəti barədə danışılıb, şəri hökmlərin İslami mənbələrdən təqlid mərcələri tərəfindən çıxarılmasının elmi və dini dəyəri vurğulanıb və bütün müsəlmanlara müctəhidlərin şəri risalələrindəki hökmlərə əməl edilməsinin vacibliyi qeyd edilib.
Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin “Şəri Suallara Cavablar” (İstiftaat) risaləsi ilk dəfədir ki, Gürcüstanda çap olunub. (iqna)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button