ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran arasında ticarət dövriyyəsi 60 faiz artıb Böyüt

İranın İRNA dövlət agentliyi İran və Azərbaycan əlaqələrini araşdırıb.

APA-nın Tehran müxbirinin verdiyi məlumata görə, agentliyin internet səhifəsində əsas səhifədə Azərbaycan və İran əlaqələrinin inkişafına dair infoqrafika yerləşdirilib.

Belə ki, 2016-cı ildə prezident Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. Ötən 9 ay ərzində iki prezident üç dəfə görüşüb.

İki ölkə arasında dövlətlərarası iqtisadi komissiyanın 11 iclası keçirilib. İclaslar 2016-cı ildə Tehranda və Bakıda təşkil olunub. Məlumatda 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsinin 60 faiz artdığı vurğulanıb, iqtisadi əməkdaşlığa dair 40 saziş imzalanıb, daha 21 sazişin imzalanması gündəlikdədir.

Məlumatda həmçinin bildirilir ki, iki ölkənin dəmir yollarının birləşdirilməsi, Xudafərin bəndinin təkmilləşdirilməsinə dair imzalanmış sənəd, Araz çayının üzərində yeni su elektrik stansiyasının tikintisi, Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi, “Şimal-Cənub Dəhlizi” çərçivəsində dəmir yolu xəttinin tikintisinin sürətləndirilməsində əməkdaşlığın artırılması və iki ölkə arasında turizmin inkişaf etdirilməsi 2016-cı ildə qonşu ölkələr arasında aparılan fəal diplomatiyanın önəmli nəticəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button