ArxivXəbər lentiXəbərlər

Bakıdakı həbsxanada qiyam: qoşun yeridildi

Bakı İstintaq Təcridxanasında qiyam: qoşun yeridildi. Virtualaz-ın vəziyyətlə tanış olan etibarlı mənbədən aldığı məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib. Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər.

Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir. Mənbə bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

“Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – mənbə deyib. Qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button