ArxivXəbər lentiXəbərlər

Nazir müavini vətəndaşlara faizə pul verir – ŞOK

Azərbaycanda sələmçilərin vətəndaşları aldadıb öz toruna salması və dəridən-qabıqdan çıxararaq əmlaklarından məhrum etməsi haqda çox yazılıb.

Bankların “problemli müştərilər” siyahısına düşən vətəndaşlar son çarə kimi faizə pul götürməyi görsələr də, sonradan sələmçilərin iç üzü açılır və bu “çarə” əsl bəlaya çevrilir.

Sələmçilərlə bağlı redaksiyamıza çox maraqlı bir məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, əslən Şəkidən olan Hikmət Məmmədov adlı şəxs Bakıda bir neçə iş adamına sələmlə pul verərək, hətta axırda onların yaşadığı sonuncu evlərini də əllərindən almağa cəhd edib. İş adamalrının dediklərinə görə, Hikmət Məmmədov hər yerdə səhiyyə nazirinin müavini Elsevər Ağayevin adından istifadə edir. Özünü hamıya onun administratoru kimi təqdim edir. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində Hikmət Məmmədov hansı ərazini və kimin köməkliyi ilə özəlləşdirdiyi “Ağ şəhər” də tikdiyi 1 bloklu bina barədə, eləcə də onun oğlu Zaur Məmmədovun harda və kimin yanında işləməyi, Zaurun toyunda kimlərin iştirakı barədə də ilginc məlumatlar daxil olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button