ArxivXəbər lentiXəbərlər

Rusiya İran üçün 1 mlrd. dollar dəyərində dəniz qazma qurğuları inşa edəcək

İran və Rusiya arasında Fars körfəzində dəniz qazma qurğularının inşasına dair 1 mlrd. dollar dəyərində saziş imzalanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, saziş İranın “Tasdid” şirkəti və Rusiyanın “Krasnıye barrikadı” gəmiqayırma zavodu arasında imzalanıb. Layihə Fars körfəzində neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə beş dəniz qazma qurğusunun inşasını nəzərdə tutur.

Qurğuların Hürrəmşəhr liman şəhərində iki il müddətində inşa olunması nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button