ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

İngiltərə müsəlmanları İslam dinini tanıtdırmaq üçün yeni proqram hazırlayıblar

İngiltərədə yaşayan müsəlman qadınlar Londonda İslam dinini tanıtdırmaq üçün bir proqram keçiriblər.

Rəsa xəbər agentliyinin Londondan verdiyi məlumata görə, London Müsəlmanları Cəmiyyətinin üzvlərindən olan bir qrup müsəlman qadın Viktoriya parkına gələrək, “Bir müsəlman ilə görüş” adlı proqram keçiriblər. Onlar, insanların İslam dini ilə bağlı suallarını cavablandırıblar.

Müsəlman qadın Tamara Seyid bu proqramın iştirakçılarından biri olaraq deyir: Bu proqramı insanların məlumatlandırılması, təlim yolu ilə insanların bir-birilərinə yaxınlaşdırılması və İslam dini ilə bağlı insanlarda agahlığın yaradılması habelə, islamofobiya ilə mübarizə məqsədi ilə keçirmişik.

Belə bir proqramın keçirlməsi qərarı İngiltərədə müsəlmanlar əleyhinə zorakılıq hallarının artması və Amerikada prezidentliyə namizəd Donald Trampın müsəlmanlar əleyhinə sözlərinə reaksiya olaraq qəbul edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button