ArxivXəbər lentiXəbərlər

Azərbaycan 2 yaşlı Zəhranın ölümünə görə nələri edə bilərdi?

Elxan Mehdiyev: “Ordu həmin atəş açılan mövqelərə hücum edib tutmalı və ermənilərə yerini göstərməlidir”

“Azərbaycan torpaqlarını işğaldan azad edərsə cəbhədəki təxribatlar baş verməz. Azərbaycanın edə bilmədiyi, torpaqlarını geri qaytara bilməməsidir. Ona görə də, bu cür faciəli hallar hər zaman olacaq”

İslaminSesi xəbər verir ki, bu fikirləri tanınmış politoloq Elxan Mehdiyev, son günlər cəbhədə baş verən hadisələri şərh edərkən səsləndirib. Politoloq bildirib ki, bu faciəyə sərgilənən münasibət kampaniya xarakteri daşıyacaq və unudulacaq. Daha sonra isə təxribat nəticəsində həyatını itirənlər bir atəşkəs pozuntusunun qurbanları kimi xatırlanacaqlar. Beləcə digər təxribatlar törədiləcək və faciələr baş verəcək”.

Elxan Mehdiyevin sözlərinə görə, erməni vəhşiliyi nəticəsində körpə uşağın həyatını itirməsi faciədir: “Lakin torpaqlarımızın işğal altında olduğu 24 il ərzində əsgərlərimiz şəhid olub. Belə çıxır ki, torpaqlar işğal altında qalsa da olar, amma insan faciəsi baş verməsin?. Belə çıxır ki, bu hal düzgündür?. Əlbəttə ki yox. Məsələnin əsas mahiyyəti, problemin kökü kənarda qalıb. Bu məsələnin hümanitar tərəfi rezonans doğurub. Hər kəs bu faciədən öz kampaniyası üçün istifadə edir. Lakin düşünən yoxdur ki, ermənilərin Alxanlı kəndinin üzərindəki strateji yüksəkliklərdə nə işləri var?. Yaxud necə olur ki, erməni hərbi qüvvələri Füzuli rayonunun dərinliklərində yerləşən alxanlı kəndini atəşə tuturlar və günahsız insanları qətlə yetirirlər?. Belə çıxır ki, əgər atəşkəs pozulmasa və körpə qətlə yetirilməsə heç bir problem olmayacaqdı?. Baş verən faciəyə ölkədəki reaksiyadan bu fikirlər doğur”.

Politoloq qeyd edib ki, hökumət və ordu həmin atəş açılan mövqelərə hücum edib tutmalı və ermənilərə yerini göstərməlidir: “ Əgər bunu etmirlərsə, o zaman propaqandanın heç kimə xeyri yoxdur. Onsuzda hər kəs bilir ki, atəş açılanda istər mülki şəxslər, istərsə də hərbçilər həlak olurlar. Həyatını itirən hər bir şəxs bir valideynin övladıdır və onların ölümü faciə doğurur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button