ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan iş adamlarının birgə iclası

Bakıda İranın Qərbi Azərbaycan Ostanı və Azərbaycan Respublikası iş adamlarının birgə iclası keçirilib.

İRNA-nın məlumatına görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində keçirilən bu iclasda İranlı və Azərbaycanlı iş adamları arasında kənd təsərrüfatı və qida sənayesi daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi yollarını araşdırıblar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib müavini Fuad Hümmətov bu iclasda Azərbaycan və İran arasındakı iqtisadi əməkdaşlıqlara işarə edib və deyib: İki ölkənin özəl sektorları arasındakı əlaqələrin genişləndirilməsi üçün kifayət qədər geniş potensiallar mövcuddur.

Qərbi Azərbaycan Ostanı Kooperasiya Palatasının rəyasət heyətinin başçısı Əli Əsğər Əli Əkbəri də bu iclasda bu ostandan olan bir qrup iş adamının Bakıya olan səfərinin əsas məqsədini ikitərəfli əlaqələrin inkişaf yollarının araşdırılması adlandırıb.

Kənd təsərrüfatı və qida sənayesi üzrə birgə istehsal müəssisələrinin yaradılması, Rusiya, Gürcüstan, Ukrayna və digər qonşu ölkələrdə aktiv iştiraka malik olmaq bu iclasda arşdırılan digər mövzulardan olub.

İranın Qərbi Azərbaycan Ostanından olan iqtisadi heyət Azərbaycana olan səfərinin birinci günündə Naxçıvanda olaraq, Naxçıvan ilə əlaqələrin genişləndirilməsi yollarını araşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button