ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnanclılar üçün yeni sürpriz! Azərbaycan Milli Məclisi ziyarətlərin təşkilini müvafiq mərkəzlərə tapşırıb

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlər dini mərkəzlər tərəfindən həyata keçiriləcək.

Qafqaz.ir  Report Portalına istinadən xəbər verir: Bu qərar Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi çərçivəsində qəbul olunub.

Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər və idarələr tərəfindən həyata keçirilir.

Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilməlidir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi 3-cü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Dini Etiqad Haqqında Qanun bütün dini fəaliyyətlərə hökumətin nəzarətini təmin edir. Əhalisinin böyük əksəriyyəti şiələrdən təşkil olunan ölkədə bü məsələyə münasibət birmənalı deyil.

Ötən illər ərzində Azərbaycandan olan ziyarət karvanları İraq və İrana axışaraq Əhli-Beyt (ə)-a öz sevgilərini nümayiş etdirmişlər. Zəvvarlar həmçinin Kərbəla və Nəcəfdə Azərbaycan bayrağını dalğalandıraraq bu ölkənin taleyüklü məsələsi sayılan Qarabağ həqiqətini dünya müsəlmanlarının diqqətinə çatdırmışlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button