ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Parlamenti uşaqların dini etiqada “məcbur” edilməsini qadağan etdi

Milli Məclisin qərarı ilə uşaqların dini etiqadına valideynlərin müdaxiləsi olmamalıdır.

Qafqaz.ir-nin məlumatına əsasən, Sənəddə qeyd edilib ki, uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur.

Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Azərbaycan Respublikasında dini mərasimlərdə o cümlədən də Aşura, Fitir Bayramı namazı və Qədr gücələrində uşaqlar və gənvlərin iştirakı ildən ilə artmaqdadır və onlar öz valideynləri ilə birlikdə müsəlman ənənələrini qavramağa həvəs göstərirlər.

Xatırladaq ki, Tacikistan parlamenti də uşaqlar və gənclərin dini tərbiyəsini qadağan edən qanun qəbul edib. Buna baxmayaraq Mərkəzi Asiya ölkəsində dini ayinlərə böyük şövq müşahidə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button