Xəbərlər

Peyğəmbər Vəfatında İslamçılar, Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan İslam Partiyasının bir qrup üzvü 31 dekabr İslam Peyğəmbərinin vəfatının ildönümü, İmam Həsən və İmam Rzanın şəhadətləri ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Əvvəlcə şəhidlərin məzarını ziyarət edib gül dəstələri qoyan islamçılar əbədi məşəlin önündə əzadarlıq ediblər. Çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, islamçılar hər zaman vətəni, milləti uğrunda canlarını şəhidlər kimi fəda ediblər və bundan sonra da hər zaman Vətən yolunda, torpaqların azadlığı uğrunda hazırdırlar: “Bu yolu bizə İmam Hüseyn öyrədib. Mübariz İbrahimov kimi qardaşlarımız da bu məktəbin şagirdi kimi canını Vətən uğrunda verdi. İstərdik ki, günahsız yerə, qondarma ittihamlarla, həbs olunmuş Azərbaycan islamçılarının rəhbəri Mövsüm Səmədov qardaşımız, ruhanilərimiz Hacı Fəramiz, Hacı Abgül, Tale Bağırov da bizim sıralarımızda olsunlar. İnşallah bir gün onlar da bizim önümüzdə addımlayacaqlar. “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button