Islam

Vəhy peyğəmbərinin meracı

42n7qlf

İyirmi səkkiz səfər, sonuncu vəhy peyğəmbəri və Allah-Təala tərəfindən göndərilmiş peyğəmbər- Həzrət Məhəmməd(s.ə.s)-in vəfatının ildönümü günüdür. O həzrət insanlıq və haqlılığın tam görünən aynası idi və dünyadan köçməsi ilə dünya müsəlmanlarını bütün tarix boyu kədər içində buraxdı.

Bu gün, səma, sonuncu peyğəmbərin vəfatının kədərində göz yaşları axıdır və yer matəmə bürünüb. Rəhmət və mehribanlıq peyğəmbəri bu fani dünyanı tərk edərək, haqq diyarına qovuşdu və İslam Dünyasını öz köçməsi ilə əzadar etdi. O, bir olan Allahın haqlı peyğəmbəridir. O həzrət kamil və kafi sübut(Quran) ilə öz dövrünün cəmiyyətinə doğru gəldi ki, insanı cahillik və nadanlıqdan xilas etsin və həqiqi səadətə çatmaq yolunda onun istiqamətləndiricisi olsun.
Məhəmməd ən gözəl insani xüsusiyyətlərin xəzinəsi və əmanətdarıdır. O, fədakarlıq, şücaət, rəşadət və bağışlamaqda tam kamil bir insandır. Sonuncu peyğəmbər kamilliyə çatmış bir insanın simvoludur. O, səadət və xoşbəxtlik yolunun çırağı və qiyamət gününün bəşarət verən böyük bir insan idi.
O, öz məxluqunun səadəti üçün daima rəhmət qapılarını açıq qoyan pərvərdigarın nurunu əks etdirən peyğəmbər idi. Allah-Taala onu göndərmişdi ki, bəndələri heç vaxt tənha və köməksiz olmadıqlarını bilsinlər.
Məhəmməd(s.ə.s) dərdli və zülm çəkmiş insanların pənahı idi ki, öz dinclikliklərini o həzrətin tamamilə aram və məhəbbətli vücudunda axtarırdılar.
Mehribanlıq peyğəmbəri özünün bütün dəyərli ömrünü haqq və həqiqət dininin yüksəlişi yolunda sərf etdi və daim müsəlmanlar arasında birlik və həmrəyliyin qoruyucusu oldu.
Böyük peyğəmbər(s.ə.s.) İslam Dünyasının parlaq ulduzudur. O, tövhid günəşinin nurunu müsəlmanlarını qəlblərinə saçdırdı və onları Allah-Taalanın ən xalis dini ilə tanış etdi. Sonuncu haqq peyğəmbərinin qəlbində bu yaxşılıqların mövcud olması səbəb oldu ki, onun vəfatının qəmi heç zaman müsəlmanların ürəyindən silinməsin və daim onlar o həzrətin ayrılığında kədərdə olsunlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button