ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zamin Salayev 50 gündür aclıq edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev 50 gündür 1 saylı İstintaq Təcridxanasında aclıq edir. Bu müddətdə 37 kiloqram arıqlayıb və sağlamlıq vəziyyəti kəskin pisləşib. “Giperssilka” informasiya agentliyi xəbər verir ki, bu barədə martın 28-də “Turan”a onun vəkili Nemət Kərimli bildirib.

“Artıq sərbəst yeriyə bilmir və mənimlə görüşə təcridxana işçiləri əlindən tutaraq gətirdilər”, – vəkil deyib. O qeyd edib ki, hələ də ona tibbi yardım göstərilmir.

15 gün öncə həbsdən apellyasiya şikayəti verilib, lakin indiyədək heç bir reaksiya yoxdur.

Xatırladaq ki, Salayev silahla xuliqanlıq törətməkdə ittiham olunub və fevralın 3-də 8 ay müddətinə həbs edilib.

Məhkəmədə Zamin Salayev polis əməliyyatının qurbanı olduğunu bildirib. O ittihamları rədd edir və aclığı sonadək davam etdirmək niyyətindədir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button