ArxivIslamXəbər lentiXəbərlər

Moskvanın mərkəzi məscidində Həzrəti Məhəmmədin (s) vəfatı günü qeyd edilib

Moskvanın mərkəzi məscidində bəşəriyyətin mənəvi atası bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) vəfatı günü yad edilib.

SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, Qurani-kərimlə başlayan mərasimdə möminlərə Həzrət Peyğəmbərin (s) həyatından, onun insanları islama dəvətindən və ölüm səhnəsindən ətraflı məlumat veriblər.

İmam Həsənin (ə) şəhadətinin da bu günə təsadüf etdiyini bildirən ilahiyyatçılar İmamın ölüm zamanı qardaşı İmam Hüseynlə (ə) dialoqunu canlandırıblar. İlahiyyatçı Seyid Ağa Rəşid Talıblı Məhəmməd (s) peyğəmbərin bəşəriyyət üçün kəsb etdiyi mənanı qeyd edib.

Mərasimdə “Əhli-Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov peyğəmbəri yad etmək üçün düzənlənən tədbirlərdən danışaraq, son günlər təmas xətdində baş verən gərginliklərə toxunub.

Bildirək ki, mərasim mərsiyə və əzadarlıqla sona yetib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button