ArxivXəbər lentiXəbərlər

İran gündəlik 3 milyon barrel neft və qaz kondensatı ixrac edir

İranın xam neft və qaz kondensatı ixracı bu ilin fevral-mart aylarını əhatə edən dövrdə sutkada 3 milyon barreli ötüb.

AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, İran Milli Neft Şirkətinin məlumatında ölkənin yanvar-fevral aylarında gündəlik 2,9 milyon barrel xam neft və qaz kondensatı ixrac etdiyi bildirilir. Fevral-mart aylarında isə İran Avropada Böyük Britaniya, Hollandiya, Fransa, Yunanıstan və İtaliyaya, o cümlədən də Asiya bazarlarında Çin, Hindistan, Yaponiya və Koreya Respublikasına məhsul ixrac edib.

İran xam neftinin müştərilərinin Birgə Kompleks Tədbirlər Planının (JCPOA) həyata keçirildikdən sonra artdığı və ölkə neftinin heç bir çətinlik olmadan müxtəlif istiqamətlərə ixrac edildiyi qeyd olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button