Şeir

ya imam zaman…

Ağa, hər cümə sənin müntəzirin, qailinik,
Demirəm əsgərinik, bir əliboş sailinik.
Hər sevən sevgili cananinə maildir, Ağa,
Bir nəzər lütf elə çün, bizdə sənin mailinik.
Toz basıb ayineyi-vəhdəti silmirsən, Ağa,
Üzümüz qarədi, layiq bizi bilmirsən, Ağa,
Gəldi bu cümədə keçdi, gözümüz yolda qalıb,
Sənə pərvanə olaq, bəs niyə gəlmirsən, Ağa.
Sadiq olmaq bilirik aşiqi-gümrah işidir,
Gəlişin ümməti-Peyğəmbərə fəllah işidir.
Ağacan, nola güzəşt eylə görün gözlərə bir,
Nökərin səhvini əfv etmək elə şah işidir.
Düzdü, səbr etməlidir bir belə hicranə bilən,
Atəşi-hicri gərək salmalıdır canə bilən,
Səni hər yerdə, Ağam, Məhdi deyib səsləmişik,
Gəl ki, görsün səni bu dəhridə əfsanə bilən.
qəmləyıq, çırpınırıq vəslide dəryayə görə,
Günəşin doğması mütləqdi səhər ayə görə,
Səndə bir eylə təcəlla, başımız sayə görə,
Gəlməsən bizdən ötər, gəl barı Zəhrayə görə.
Qəbri-Zəhra nə qədər bizlərə pünhan qalacaq,
Nə qədər şiə Bəqidə daha giryan qalacaq,
Nə qədər yerdə nahaqdan tökülən qan qalacaq,
Gəlməsən bu tökülən qanları bəs kim alacaq?
Nə qədər səbr eləsin bəndə bu hicranə, Ağa,
Kərbəladə ələmi-şiə batıb qanə, Ağa,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button