Arxiv

İslamçı mübarizlərin müdafiəsi necə gedir?

Nardaran ağsaqqallar şurasınını sədri, İslam Pratiyasının üzvü Kərbəlayi Natiq Kərimov Bildirib ki, İslam Partiyasının Lideri Hacı Möhsün Səmədovun müdafiəsi ilə bağlı iş hal hazırda Avropa məhkəməsində gedir.

İslamazeri saytına məlumat verən Nardaran ağsaqqallar şurasınını sədri deyib : “Bizim Avropa məhkəməsində 2 vəkilimiz var. Biri bizim Anar Qasımlıdır, digərisə oranın vəkillər kollegiyasının üzvü fransız Andrey Kamal. Hazırda bu işlə bağlı onlar çalışırlar”.
Kərbəlayi Natiq Kərimov KİV-lərdə, həmçinin sosial şəbəkələrdə Hacı Möhsün Səmədovla bağlı təbliğatın və ümumilikdə onunla bağlı işlərin yetərincə olmamasından narahat olduğunu da bildirərək deyib.
Kərbəlayi Natiq Kərimov : “Sosial şəbəkə və KİV-də Hacı Mövsümlə bağlı işlərin getməməsindən narahatam. Mən sadəcə müdafiə işinə baxıram və bu işi axıra qədər aparacam”.
Həmçinin dindar journalist Hacı Ramin Bayramov beynəlxalq SƏHƏR kanalının KİV-lərdə, həmçinin sosial şəbəkələrdə Hacı Möhsün Səmədovla bağlı təbliğatın zəif getməsi barəsində sualını belə cavablandırdı : “Hazırda cəmiyyətdə bunu deməyə əsas var. Bunun bir neçə səbəbi var. İlk növbədə, ara-sıra moizələrində gərək ruhanilər zindandakı möminləri yada salsınlar. İkinci islamçı yazarlar və islamçıların saytlar, qəzetləriı bu məsələyə xüsusi önəm ayırmalıdı. İslamçı liderlərdən yalnız Hacı Abgül Süleymanovun saytı var. Bu məsələni kiçik bilməkdən və ya işbilməməzlikdən bəzən bu şeylər yada düşmür. Mən təəssüflənirəm ki, yalnız bir iki ruhani və eyni sayda saytda zindandakılar ara-sıra yada düşür. Hətta bəzən İslamçı liderin xəbərini dünyəvi saytdan götürüb yayımlayan bəzi saytlar olur ki, onun adından verilən təkzibi guyaki “görmürlər”.
“ Mərhum Ayətullah Meşkininin bir duası var”Allahım mənim əlimlə İslama zərbə vurulmasına imkan vermə”. Bu cür böyük insan əgər belə dua edirsə, deməli hər bir adi adamın, hətta ruhaninin əliylə islama zərbə vurulması istisna deyil” deməklə Hacı Ramin Bayramov müsəlmanların bəsirətli olmağının vacibliyini vurğuladı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button