Aktual

İki nazir ət biznesi uğrunda savaşa başlayıb

Kəmaləddin Heydərovla İsmət Abbasov bu sahədə hegemonluğa can atır
 Hələ bir müddət əvvəl məlumat vermişdik ki, topdansatış məntəqələrində Hindistandan gətirilən ətin qiymətində artım olub. Lakin bu artımın səbəbi bəlli deyildi. Sahibkarlar “Azadlıq”a demişdi ki, topdansatış məntəqələri qiymət artımınòı heç cür izah edə bilmir.
Dünən redaksiyamıza daxil olan məlumatlara görə, sən demə qiymət artımının kökündə iki məmurun savaşı dayanır. Söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovla kənd təsərrüfatı naziri Ismət Abbasovdan gedir. Məlumatda bildirilir ki, ət idxalının əhəmiyyətli hissəsi “fövqəlnazir”in nəzarətindədir. Lakin Ismət Abbasov da ət biznesinə iddialıdır və bu sahədə hegemonluq etmək istəyir. Bu baxımdan Ismət Abbasovun göstərişilə Dövlət Baytarlıq Xidməti Hindistandan gətirilən ətə mənfi rəy verib. Bununla da Hindistan ətinin Azərbaycana idxalı məhdudlaşıb və bu da istər-istəməz qiymətlərə təsir edib.
Məlumat üçün deyək ki, Kəmaləddin Heydərovla Ismət Abbasovun münasibətləri həmişə gərgin olub. Bunun kökündə “fövqəlnazir”in Kənd Təsərrüfatı Nazirliyini (KTN) nəzarətə götürmək istəyi dayanır. Məlumatlara görə, Kəmaləddin Heydərov bu posta deputat Eldar Ibrahimovu gətirmək istəyir. Eldar Ibrahimovun “fövqəlnazir”in atası, deputat Fəttah Heydərovla dostluq münasibəti var.
Ismət Abbasov da Kəmaləddin Heydərovun bu planından xəbərdardır. Ona görə də kənd təsərrüfatı naziri hər fürsətdə “fövqəlnazir”i “vurmağa” çalışır. Bundan əvvəl adıçəkilən nazirlər arasında buğda davası gedirdi. Kəmaləddin Heydərov yerli buğdanı bazardan sıxışdırmaq üçün buğda idxalını artırmışdı. Kənd Təsərrüfatı Nazirliyi isə Azərbaycana idxal olunan buğdanın keyfiyyətsiz olduğunu bəyan etmişdi. Hətta bildirilmişdi ki, bəzən Azərbaycana buğda adına heyvan yemi gətirilir. Bu savaş hələ də davam edir.
Indi də nazirlər ət biznesi uğrunda savaşa başlayıblar. Nəticədə isə əziyyət çəkən sadə vətəndaşlardır.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button