ArxivXəbər lentiXəbərlər

ATƏT-in Qarabağda atəşkəsin bərqərarı haqda bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Respublikasını və Ermənistanı atəşkəsin bərqərarına çağırıblar.

Trend xəbər agentliyinin məlumatına görə, ATƏT-in internet portalı yazıb ki, bu təşkilatın Minsk qrupunun rus, amerikan və fransız həmsədrləri bir bəyanatda Azərbaycan Respublikası və Ermənistandan Qarabağ məntəqəsində tam şəkildə atəşkəs bərqərar etmələrini istəyiblər.

Qeyd edək ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik martın 17-də müxbirlərlə müsahibədə Qarabağ məntəqəsində ön cəbhənin hər iki tərəfindəki sakinlərin narazılıqlarına toxunaraq, Azərbaycan Respublikası və Ermənistandan istəmişdi ki, müsəlmanların novruz və xristianların pasxa bayramlarının hörmətinə yaxşı olardı, bu iki ölkə atəşkəsi pozmasın.

Anji Kaspşikin çağırışının ardınca Ermənistan Müdafiə Nazirliyi bildirdi ki, novruz və pasxa bayramlarının hörmətinə bu günlərdə atəşkəs təklifi ilə razılaşır, bu şərtlə ki, Azərbaycan Respublikasının bu çağırışa cavabı da müsbət olmuş olsun.

Ermənistan Müdafiə Nazirliyinin atəşkəsə riayət təklifi ilə razılaşmasından sonra Azərbaycan Respublikası da martın 18-də ATƏT sədrinin xüsusi nümayəndəsinin atəşkəsə riayət çağırışına bəyanat yaymaqla müsbət cavab verdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button