ArxivXəbər lentiXəbərlər

“Vətəndaş 120 manat maaşla dolana bilmirsə, bu onun öz günahıdır” – Nazirliyin şöbə müdiri

“Vətəndaş 120 manat maaşla dolana bilmirsə, bu onun öz günahıdır” – Nazirliyin şöbə müdiri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov “Report”a müsahibə verib.

Nazirlik rəsmisi bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi.

İsa Həsənov “50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər” sualına belə cavab verib: “Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button