AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbilin imam cüməsi: Qüdsün azad edilməsində müsəlmanların nakamlığının səbəbi İslam ölkələri başçılarının xəyanətidir

Ərdəbilin imam cüməsi: Qüdsün azad edilməsində müsəlmanların nakamlığının əsas səbəbi İslam ölkələri başçılarının xəyanətidir.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə cümə namazına rəhbərlik edən Ayətullah Seyid Həsən Amili Qüds Günü münasibətilə əzəmətli yürüş keçirən Ərdəbil əhalisinə minnətdarlıq edərək deyib: “Əyalətimizin əhalisi qəhrəmancasına iştirakı ilə ən böyük bəsirət, məzlumla həmdərdlilik, insanlığın düşmənlərinə nifrət nümayiş etdirdilər. Bu, vicdanın məhzəri və Həzrət Haqqın dəlili oldu ki, heç kəs İslam aləminin və insanlığın ən böyük probleminə qarşı təfavütsüz yanaşmasın”.
Ərdəbil əhalisinin Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin davamında deyib: “Sepah-ın raket hücumu birincisi, ölkəmizin təhlükəsizliyini daha da artırdı və göstərdi ki, İranın təhlükəsizliyi ilə oynamağın ağır əvəzi vardır. İkincisi, İŞİD elə bir qüvvə deyil ki, Sepah ona raketlə qulaqburması versin. Bu hücum onların ağalarına və dəstək verənlərinə mesaj idi. Raket qəsdən seçilmişdi ki, İŞİD-i göndərənlərə İranın fövqəladə gücü göstərilsin. Üçüncüsü, bu hərəkət İranın gücünün və hərbi biliyinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi”.
İmam cümə Ənbəran şəhərinin əhli-sünnə əhalisini də tərifləyib və onların vətənpərəstlik, fədakarlıq və bəsirət məzhəri olan hərəkətlərini dəyərləndirib, bu məntəqənin əhalisni Ərdəbil əyalətinin fəxr və şərəfi adlandırıb.
Ayətullah Amili əlavə edib: “Ənbəran İranın vəhabilər nüfuz edə bilmədiyi sayılı əhli-sünnə bölgələrindəndir. Onlar məhərrəm ayında əzəmətli əzadarlıq təşkil etməklə Əhli-Beytə (ə) öz sevgilərini isbat ediblər və vəhabiləri məyus ediblər”.
İmam cümə xütbəsinin digər hissəsində deyib: “Həzrət İmam Xomeyni (rh) Fələstinin hüquqlarının bərpa edilməsi məqsədilə Qüds Günü təyin etməklə Fələstin mövzusunu ərəb sazişedən başçılarının faydasız müzakirə masasından böyük xalq kütləsi arasına çəkdi. Qərbin ərəb-İsrail kimi təqdim etməyə çalışdığı bir məsələni İslam dünyasının ən əsas mövzusuna çevirdi”.
Xətib Qüdsün azad edilməsində müsəlmanların nakamlığının əsas səbəbini İslam ölkələri başçılarının xəyanəti adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button