ArxivFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vətən müharibəsinin qəhrəmanlarından olan ruhani şəhid Elməddin Vəlişov

Vətən müharibəsində iştirak edərək şəhidlik məqamına ucalan igidlərimizdən biri də Cəlilabad rayonundan olan ruhani alim Elməddin Vəlişovdur. Elməddin hələ iyul ayında könüllü olaraq  döyüşlərdə iştirak etmək üçün  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. O Cəbrayıl, Füzuli, Qubadlı eləcə də Xocavəndin bir sıra kəndlərinin düşməndən azad edilməsində fəal şəkildə iştirak edib. Dininə bağlı və vətənpərvər bir gənc olan Elməddin barədə onun atası Fuad Vəlişov bildirib ki, general mayor Polad Həşimovun  şəhid olmasından çox sarsılan  Elməddin bundan sonra könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət  etmişdi.

Fuad Vəlişov həmçinin elavə edib ki, Elməddin döyüş zamanı əlindn yaralansa da inadla döyüşü davam etdirmək istəyib.

Elməddinin anası Minarə xanım isə övladı ilə bağlı xatirələrindən danışıb.

Elməddinin yaxınları da öz növbəsində bildiriblər ki, şəhidimiz çox ünsiyyətcil və savadlı bir gənc olub. O hər zaman öz biliyini ətrafındakılarla paylaşar və hər kəsin maariflənməsi üçün əlindən gələni edərdi.

Maarif Səfərov və  Elməddin Vəlişov kimi mömin cavanların timsalında bu müharibədə dünyasını dəyişən bütün Azərbaycan şəhidlərinin ruhları şad olsun. Onlar şəhidlər ağası İmam Hüseynə (ə) iqtida edərək, Allah yolunda şəhidlik zirvəsinə ucalıb əbədi səadətə qovuşdular. Təki, vətən sağ olsun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button