ArxivFatimi yaşayişFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Üzünü görmədiyi övladına adı verilən şəhid Cavid Paşayev

  • Azərbaycan Ordusu 44 günlük vətən müharibəsi ilə düşmən üzərində əzici qələbə qazandı. Özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazan ordumuz, 30 illik həsrətə son qoydu. Bu qələbənin ən böyük qəhrəmanları isə sözsüz vətən uğrunda canından ,qanından keçmiş şəhidlərimizdir. Belə şəhidlərimizdən biri də Cəlilabad rayonundan olan Cavid Paşayevdir. Cavid könüllü olaraq döyüşlərə qatılıb. O Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Cavidin atası Vəlican Paşayev övladı haqqında danışarkən bildirib ki, o çox mehriban, vətənpərvər, dininə bağlı bir gənc olub.  Vəlican Paşayev şəhid atası olduğu üçün fəxarət hissi duyduğunu bildirib.

Caviddən geriyə onun üzünü belə görmdədiyi bir övladı qalıb. Şəhidin anası Gülcahan xanımın da tək təsəlli yeri məhz həmin oğul nəvəsidir.

Cavidin digər ailə üzvləri həmçinin yaxınları da onun çox mərd, vətənpərvər və cəsarətli bir gənc olduğunu bildiriblər.

Cavid kimi igidlərin sayəsində 30 illik həsrətə son qoyuldu. Düşmən üzərində qələbə çalan rəşadətli ordumuz adını tarixə qızıl hərflərlə yazdı. Bu yolda canından keçən Cavid kimi bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button