ArxivXəbər lentiXəbərlər

İŞİD ABŞ və Ali-Səudun yetirməsidir

Livanın beynəlxalq məsələlər üzrə analitiki və ordunun təqaüdə çıxmış generalı İŞİD terror qruplaşmasını Ali-Səud rejimi və ABŞ-ın yetirməsi adlandırıb.

Beyrut Universitetinin müəllimi Əmin Hətit İRNA-ya müsahibədə bildirib: Bu gün hamı bilir ki, İŞİD kimi regional terror qruplaşmaları ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən ekspansionist siyasətlər çərçivəsində dəstəklənir və istiqamətləndirilir.

Səudiyyə Ərəbistanı vəliəhdinin canişini Məhəmməd Bin Salmanın “Müharibəni İranın daxilinə sürükləyəcəyik” ifadəsinə toxunan Hətit əlavə edib: Son terror aktları Məhəmməd Bin Salmanın açıq-aşkar şəkildə irəli sürdüyü təhdidlərin icrası üçün ilk praktiki addım idi.

Livan ordusunun təqaüdə çıxmış generalı “Tehrandakı terror aktını məğlubiyyətə uğramış hesab etmək lazımdır” deyərək bildirib: 17 şəhid və təxminən 40 yaralı olsa da, aktın əsas məqsədi, yəni İmam Xomeyninin (rə) məqbərəsində partlayış törətmək, eləcə də İran parlamentini ələ keçirərək girov götürmək idi, bu da reallaşmadı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button