ArxivXəbərlər

Vəhhabilər “PlayMarket”də təbliğata başlayıblar

Hakerlər həqiqi islamdan bəhs edən kitabları sistemdən silirlər.

Bir neçə gündür ki, “PlayMarket”dən islami həqiqətləri və dəyərləri özündə əks etdirən kitablar çıxarılıb. Bunun əvəzində vəhhabi əqidəsini və radikal dini cərəyanları təbliğ edən kitablara geniş yer verilib.

Məlumatda bildirilir ki, bundan öncə online formada yüklədikləri kitabların hamısı sistemdən silinib. Bunun hansı səbəbdən və kimlər tərəfindən edildiyi isə naməlumdur. Lakin bütün bunların fonunda radikallığı təbliğ edən dini ədəbiyyatlara geniş yer verilməsi və həmin kitabların yayımı ilə bağlı hər hansı problemlərin yaradılmaması müəyyən şübhələrə yol açır.
Baş verənləri araşdırmaq üçün İT mütəxəssisi Əli Abbasovla əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən Ə. Abbasov bildirdi ki, hər hansı materialın, məlumatın və ya kitabın “PlayMarket”dən çıxarılması bir neçə halda mümkündür: “İlk öncə bu işlər məqsədyönlü şəkildə edilə bilər. Bura haker hücumları da daxildir. Hakerlər istədikləri kitabı çıxarıb, onun yerinə onları verilən tapşırıq əsasında hansısa materialı yerləşdirə bilərlər. Digər tərəfdən müəlliflik hüququ qorunmayan materiallarla bağlı, müəllif şikayət edərsə bu halda da material silinə bilər. Deyilənlərdən əlavə bir qrup istifadəçi tərəfindən yerləşdirilən ədəbiyyatın və ya materialın qarşıdurma, təxribat, dini ekstremizm yaratması ilə bağlı çoxsaylı şikayət olduqda da, materialın silinməsi mümkündür.”

Qeyd edək ki, islami kitab müəllifləri əksər vaxtlarda yazdıqları ədəbiyyatların təmənnasız və pulsuz şəkildə yayılmasının tərəfdar olurlar. Belə olan halda onların PlayMarketə yerləşdirilən kitablarla bağlı hər hansı bir şikayət etməsi, əksər müəlliflərin dünyasını dəyişdiyini nəzərə alsaq bu fakt inandırıcı görsənmir./ FaktXeber/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button