ArxivXəbərlər

Neo-osmançılıq və Azərbaycan xalqının mentalitet məsələsi – ANALİZ

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın martın 30-da keçirilən bələdiyyə seçkilərindən dərhal sonra müxaliflərini osmanlı şilləsi ilə hədələməsi və keçmiş Osmanlı imperiyasının tərkibində olmuş bəzi ölkələrin xalqlarına AKP hökumətini dəstəklədiklərinə xatir minnətdarlığını bildirməsi bir daha Türkiyədə neo-osmançılıq ideologiyasının inkişafda olmasını təsdiqləmiş oldu. Əlbəttə, istənilən halda bu ideologiya türkçülüklə birbaşa ziddiyyətdə deyil və ondan lazım olan yerlərdə bir vasitə kimi istifadə olunur. Necə ki Ərdoğan seçkilərdən 5 gün sonra Azərbaycan Respublikasına rəsmi səfərə çıxmaqla millətçi müxalifləri ilə rəqabətdə türkçülük kartını da əldən vermədiyini nümayiş etdirdi və bir çox ekspertin bu səfəri nurçular siyahısının Əliyev hökumətinə verilməsi ilə əlaqədə olduğunu bildirməsi birinci arqumentlə heç cür təzad təşkil etmir. Çünki neo-osmançılıq ideologiyasının fəlsəfəsində türk kimliyi, ortaq mədəniyyət dəyərləri və İslam durur. Əslində, AKP hökumətinin nurçuluqla mübarizədə səmimi olması da şübhə altındadır və Türkiyə hökuməti daha çox fiqurları vurmaq istəyir, nəinki mənsub olduğu hərəkatın özünü. Zira bu hərəkat təlim, media və investisiya fəaliyyətləri ilə neo-osmançılıq ideyasının çiçəklənməsinə öz töhfəsini verib və onu məhv etmək Ərdoğan hökumətinə mentalitet problemi yaradacaqdır. Başqa sözlə AKP hökumətinin nurçuluğu inkar etməsi heç bir vəchlə inandırıcı deyildir. Burada əsas məsələ Ərdoğanın hərəkat daxilində təşəbbüskarlığı öz əlinə keçirməsi və son sözə Fətullah Gülənin mənəvi lider olaraq deyil , Ərdoğanın siyasi lider kimi sahib olması əhəmiyyət daşıyır. Və Baş nazir bu siyasət kursunda ölkənin orta təbəqə əhalisinə güvənir. Son seçkilərin nəticəsi də bunu sübuta yetirdi.
Bəs görəsən bu ideologiya Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə uyğundurmu? Özünü Şah İsmayıl Səfəviyə mənsub bilib bunun üzərində rəsmi təbliğat quran Azərbaycan Respublikası elitası və ideoloqları Osmanlıların Səfəvilər dövlətinə qarşı cəbhə açdıqlarını unuda bilərlərmi? Belə ki Türkiyə hökumətinin Səfəvilərə qənim kəsilmiş Osmanlı şahı Yavuz Sultan Səlimin ekspansiyaçı hərəkətinə görə fəxr duyursa, buna Azərbaycan Respublikasında necə baxırlar?
Müşahidəçilər hesab edirlər ki, müasir milli kimlik anlayışı yalnız dil və mədəniyyət faktoru ilə məhdudlaşmır. Bunun bariz nümunəsi Elçibəyin hakimiyyəti dövründə üzə çıxdı. O zaman türkçülük milli kimlik dəyəri kimi genişləndi və bu milli kimlik məsələsində Azərbaycanın şiə ölkəsi olaraq tanıtdırılması unuduldu. Belə demək olarsa, Azərbaycan Respublikasını osmançılığın yenisi və köhnəsindən ayıran ən mühüm amil budur. “Azərbaycan türk dünyasının tərkib hissəsidir və Türkiyə ilə onun arasında “bir millət,iki dövlət” münasinbəti qurulub” kimi ifadəsini işlətmək isə tarixi reallıqları dəyişməyəcəkdir.
Eyni zamanda “Azərbaycan Avropa dövlətidir və əhalinin böyük hissəsi Avropaya inteqrasiyanı dəstəkləyir” kimi iddialar xalqın əsl kimliyini dəyişməyə qadir deyil. Bu xalqın əsl kimliyini ədəbiyyatımızın və mədəniyyətimizin, milli təfəkkürümüzün əsasını təşkil edən Aşura mərasimlərində, Əhli-Beytə (ə) dərin hörmət bəsləməsində və özünə xas olan sınaqdan çıxmış milli dəyərlərində axtarmaq lazımdır./birlik.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button