ArxivXəbər lentiXəbərlər

AZƏRBAYCAN İSLAM PARTİYASI MƏCBURİ OFİSİNDƏN KÖÇÜRÜLÜR

 Azərbaycan İslam Partiyasının (AİP) Yasamal rayonu ərazisində yerləşən ofisinə təcavüz olunub.

Bu barədə islamazeri.az-a AİP-in Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayev məlumat verib.

V.İbayev bildirib ki, dünən AİP-in metronun Nizami stansiyasının yaxınlığında yerləşən ofisinin boşaldılması tələb olunub. Bütün əşyaların boşaldılması tələbini irəli sürən şəxs icarəyə verdiyi ofisin sahibi olub. Ofis sahibi bildirib ki, elə həmin gün AİP-in bütün əşyaları ofisdən yığışdırılmalıdır. Əks halda, ev sahibi özü bütün əşyaları bayıra tullayacağını bildirib.  Ofisin sahibi ilə bağladığı bir illik müqavilənin hələ bitmədiyini deyən V.İbayev qeyd edib ki, ofis sahibi bunlardan xəbərsiz ofisi icarəyə də verib.

Belə ki, elə həmin gün yeni icarə götürən ofisə gəldikdə köhnə icarədarların əşyalarının hələ də orada qaldığını görüb. Məlum olub ki, ofisin sahibi yeni icarədara AİP rəsmilərindən xəbərsiz müqavilənin bitdiyini və onların artıq ofisdən çıxdığını deyib.

Ofis sahibi isə AİP rəsmilərindən  təcili surətdə ofisi boşaltmalarını tələb edib. Əks halda, onlara məxsus bütün texniki və digər əşyaları bayıra tullamaqla hədələyib. V.İbayev ofis sahibindən yeni ofis tapana qədər bir neçə günlük möhlət istəyib. Narazılıqla da olsa, bu razılaşma öz həllini tapıb. V.İbayev baş verən bu xoşagəlməz hadisənin AİP-in ötən həftə Səudiyyə Ərəbistanının səfriliyinin qarşısında keçirdiyi aksiyadan sonra baş verdiyi deyir.

O,hadisəyə səbəb kimi aksiyanın təşkiledicisi olduqlarını vurğulayıb. O, həmçinin qeyd edib ki, bundan əvvəllər də ofis sahibi ilə aralarında narazılıqlar yaşanıb. AİP-in siyasi baxışına görə, partiyanin ofisi tərk etməsi üçün ofis sahibi dəfələrlə müraciətlər edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button