ArxivXəbər lentiXəbərlər

Azərbaycan əsgərləri Ermənistanda zavod direktorunu necə əsir götürdülər?

Gördüyünüz bu foto Qarabağ müharibəsi zamanı, daha dəqiq desək, Zəngilanın Ağkəndində gedən döyüşlər zamanı çəkilib. Bəlkə də çoxunuza maraqlı gələcək ki, azyaşlı uşağın döyüşçülər arasında nə işi var? Ya da bəziləriniz “o zaman müharibəydi, müharibədə hər hadisə mümkündür” deyəcəksiniz. Ancaq bu heç də adi foto deyil, bunun nağıllarda, hekayələrdə oxuduğumuz, filmlərdə seyr etdiyimiz kimi maraqlı bir qəhrəmanlıq tarixi var.

Moderator.az-ın təqdim etdiyi bu foto haqqında Qarabağ müharibəsi iştirakçısı Xanoğlan Heydərov danışıb.

“Bu şəkildəkilər Zəngilan özünü müdafiə batalyonunun döyüşçüləridir. Şəkildəkilərdən Zakirlə Ramazan döyüşdə şəhid olublar. Balaca oğlanı qucaqlayan isə Bayramdır, döyüşdə həlak olmasa da sonradan Bakıda avtomobil qəzasında həyatını itirib. Şəkildəki balaca oğlan isə Şuşa sakinidir, Şuşanın işğalı zamanı ermənilər uşağı əsir götürmüşdülər. Uşağın anası televiziya vasitəsilə bildirib ki, oğlunu ermənilər əsir götürüb Qafanda saxlayırlar. Zəngilan bir çox kəndləri də Qafanla sərhəddə yerləşir. Həmin vaxt da bu igid oğlanlar Zəngilanın Ağkənd kəndində döyüşürdülər. Ananın fəryadını eşidən kimi heç kimə demədən plan qururlar və gecəylə Qafana girilər. Qafanda mis-molibden zavodunun direktorunu girov götürürlər. Ancaq girov götürdüklərinin kimliyini bilmirlər, sonradan erməni girov kim olduğunu açıqlayır və “oğlanlarıma xəbər verin, məni burmağınız üçün nə istəsəniz verərlər”-deyir. Həmin vaxt şuşalı uşağı da Qafanın polis rəisi öz evində saxlayırmış. İgid oğlanlarımız zavod direktorunun oğlanları ilə əlaqəyə girib öz tələblərini deyirlər. Direktorun oğlanları döyüşçülərimizə külli miqdarda pul, Moskvada mənzillər, obyektlər təklif edirlər. Ancaq döyüşçülərimiz tələb edir ki, uşaq sağ-salamat verilməlidir. Bundan sonra ermənilər igid oğlanlarımızın tələblərini yerinə yetirməyə məcbur olurlar, əsir götürdükləri şuşalı oğlanı mis-molibden zavodunun direktoruna dəyişirlər. Uşağı salamat geri alandan sonra anasına xəbər verirlər, ana gəlib övladına qovuşur”.

Daha bir Qarabağ müharibəsi iştirakçısı Taryel İsmayılov isə əlavə edib ki, həmin əməliyyatda o özü də iştirak edib: “Həmin hadisə yaxşı yadımdadır. Uşaq bir gun bizimlə qaldı, qorxusundan heç danışmadı da. Sonradan eşitdim ki, o uşaq Bakıda vəfat edib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button