ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ukraynanın müqaviməti qırılacaqmı?

Rusiya ordusu irəliləməkdə davam etsə də, Ukrayna hökuməti müharibənin gedişi barədə tam fərqli məlumatlar yayır

Ukraynanın Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiyanın irəliləmə sürəti əhəmiyyətli dərəcədə azalıb.

Qeyd olunur ki, Çerniqov, Kiyev, Nikolayev və ölkənin cənub sərhədlərinin müdafiəsi davam edir. Həmçinin Ukrayna Hava Hücumundan Müdafiə qüvvəsi rusların raket-aviasiya hücumunun qarşısını alır.

Bununla belə martın 7-dən 8-nə keçən gecə Rusiya qırıcıları Ukraynanın Sum şəhərini bombalayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi bildirib ki, bombardman nəticəsində 2-si uşaq olmaqla, 9 dinc sakin həlak olub.

Bu arada iddia olunur ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 minədək hərbçisi əsir götürülüb.

Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Geraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır.

Ukrayna mənbələrinin başqa bir məlumatına əsasən, Rusiya ordusunun general-mayoru Vitali Gerasimov Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

Qeyd edək ki, martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.

Bu arada Almaniya Ukraynaya maliyyə yardımını, həmçinin silah tədarükünü artırıb.

Almaniya kansleri Olaf Şolts həmçinin deyib ki, AB, NATO və G7 çərçivəsində Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button