AktualArxivXəbər lentiXəbərlər

Türkiyədə Azərbaycan bayrağı endirildi- VİDEO

Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağı endirilib.

qafqaz.ir A24.az-a  bildirir ki, 14 dekabrda universitetin İqtisadi İdari Bilimlər Fakultəsinin B blokun qarşısında asılan bayraqlar arasından Azərbaycan bayrağı Uludağ Universiteti İlahiyyat fakultəsinin Professoru Salih Pay tərəfindən endirilib.

Səbəb olaraq isə, bu hadisədən bir gün öncə o bayraqlar arasından Ermənistanın bayrağının oğurlanmasını göstərib.

Məsələ ilə bağlı sözügedən universitetdən A24.az-a bildirdilər ki, belə bir hadisə baş verməyib.

Daha sonra müvafiq şəxs professor Salih Pay razılıq verəcəyi təqdirdə, redaksiyamızla əlaqə saxlayacağını bildirdi.

Maraqlıdır,  öncə Türkiyədə bir Universitetdə Türkiyə və Azərbaycanın tarixən düşməni olan Ermənistan bayrağının dalğalanmasının nə dərəcədə düzgün olmasını düşünək.

Təbii ki, bu, Türkiyə dövlətinin öz siyasətidir.

Lakin hazırkı vəziyyətdə erməni bayrağı hər hansısa bir şəxs tərəfindən oğurlanmışsa, bunun qisasını qardaş deyilən Azərbaycan dövlətindən bir professorun alması erməni əsilli və yaxud da ermənipərəst Uludağ Universitetində əks – təbliğat aparan professorun fəaliyyət göstərməsi şəklində insanı düşündürür.

Niyə bu qisası digər dövlət bayraqlarından deyil, məhz Azərbaycan Bayrağından almalı idi?

Qeyd: bu videoda gördüyünüz təşəbbüsdən sonra orada olan bütün dövlətlərin bayraqları çıxarılıb.

Bu videoda təşəbbüslə çıxış edən şəxs məhz Türkiyə türküdür və o belə, buna etiraz başladan ilk şəxsdir.

Bu məlumat Türkiyədəki Azərbaycanın Təhsil müşavirliyinə və Səfirliyə çatsa yaxşı oladı ki, onlarda bu barədə qayğılarını Uludağ Universitetinə çatdırsınlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button