ArxivXəbər lentiXəbərlər

Türkiyə parlamentinin HDP-dən olan 11 deputatı həbs edilib

FaktXəbər-in “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub.

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, Böyük Millət Məclisinin deputatı Səlahəddin Dəmirtaş həbs olunub. Müxalifətyönlü siyasətçi Diyarbəkirdəki evində saxlanılıb.
O, terrorçuluq fəaliyyətində şübhəli bilinir.

Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, Diyarbəkir, Şırnak, Hakkari, Van və Bingöl Respublika Prokurorluqlarının müvafiq güc strukturlarına verdiyi göstərişlər əsasında 11 deputat haqqında araşdırma aparılması üçün saxlanılıb.

Həbs olunanlar arasında HDP sədri Selahattin Demirtaş, HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu, Şırnak millət vəkilləri Fərhad Encü, Leyla Birlik, Hakkari millət vəkilləri Selma Çay, Abdullah Zeydan, Diyarbəkir millət vəkilləri İdris Baluken, Nursel Aydoğan, Ziya Pir, Ankara millət vəkili Sirri Sürəyya Öndər, Martin millət vəkili Gülser İldırım var.

Haqqında həbs qərarı olan HDP Şırnak millət vəkili Faysal Sarıyıldız və Van millət vəkili Tuğba Xəzər Öztürkün ölkə xaricində olduğu müəyyən edilib.

Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir.

Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button