AktualAktualArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsinin perspektiv təhlili

Qafqaz Mədəniyyət Mərkəzi – Qarabağ münaqişəsi 1991-ci ildə Azərbaycan və Ermənistan arasında başladı. O zaman əhalisinin çoxu ermənilərdən ibarət olan Qarabağ vilayəti Azərbaycanın tərkibindən çıxdığını elan etdi. 1991-ci il 10 dekabrda Dağlıq Qarabağda referendum keçirildi və ümumi xalq səsverməsində əhali Azərbaycandan ayrılmağa səs verdi. Bundan sonra Cənubi Qafqazda böyük müharibə başlandı. Ermənilər Dağlıq Qarabağdan əlavə, onun ətrafında olan yeddi şəhəri də işğal etdilər. 1994-cü il mayın 12-də Bişkekdə tərəflərin sülh müqaviləsi imzalaması ilə müharibə bitdi. 1992-ci ildən bu günə qədər Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində bir sıra müzakirələr baş tutsa da heç bir nəticə əldə edilməmişdir. Öz qonşuluğunda böhran yaranmasına həssas olan və onu özü üçün təhlükə hesab edən ATƏT, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında müharibənin qarşısını almaq məqsədilə 1992-ci ildə Minsk qrupunu yaratdı. Bu qrup nəhayət, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında sülh yarada bildi.Minsk qrupu indiyə kimi münaqişə tərəflərinə bir sıra təkliflər təqdim etmişdir, ancaq bu layihələr tərəflərin etirazı ilə qarşılaşdığından həyata keçməmişdir. Digər tərəfdən BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması haqqında indiyə kimi dörd qətnamə qəbul etmişdir. Ancaq bunların heç biri Ermənistan tərəfindən icra edilməmişdir.
Görəsən, neft gəlirləri hesabına nisbi sabitlik durumunda yaşayan Azərbaycanın Ermənistanla müharibə etmək əzmi vardırmı? Ermənilər Qarabağdan əl çəkib, onu Azərbaycana verərlərmi? Azərbaycan Qarabağın müstəqilliyini tanımağa razı olacaqmı? Məqalənin sahibi bu sualları irəli sürməklə Qarabağ münaqişəsinin perspektivinə baxmaq istəyir.
1994-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardınca Azərbaycanın daxili durumunda sabitlik yaratmaq üçün Ermənistanla sülh müqaviləsi imzalandı və Qarabağ münaqişəsinin həmişəlik həll olunması ümidi ilə qərbin neft şirkətləri Azərbaycana cəzb edildi. H. Əliyev belə düşünürdü ki, Xəzər dənizində investisiya yatırmış qərb şirkətlərinin təhlükəsizliyə ehtiyacları olacaqdır. Ona görə də məntəqənin sabitliyini təhlükəyə salan Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana kömək etməyə çalışacaqlar. Ancaq qərb ölkələri Qarabağ münaqişəsinə əhəmiyyət vermədən neft kəmərini Gürcüstan ərazisindən çəkilməsinə nail oldular. Qərb dövlətlərinin fikrincə Qarabağ məsələsi strateji əhəmiyyət daşımır. Çünki Qarabağ qərb üçün strateji əhəmiyyətə malik olsaydı, məntəqə öz sabitliyinə qaytarılardı. Hazırda Qarabağ konfliktinin durumu nə müharibə və nə sülh şəraitindədir. Bəzən təmas xəttində atışmalar baş verir.
Rusiya və Amerika Minsk qrupunun üzvləri olaraq münaqişənin həll edilməsi üçün müxtəlif layihələr təqdim etsələr də Cənubi Qafqazda sabitlik yaranmasını istəmirlər. Qarabağın qərb, Rusiya və Amerika üçün əhəmiyyət daşımadığından əlavə, Amerika vədə və təhdidlərlə Azərbaycanı bir müttəfiq kimi öz tərəflərində saxlamağa çalışır. Bununla da Rusiyanın nüfuz dairəsinə daxil olmağa və Azərbaycan ərazisi vasitəsilə İranı nəzarətdə saxlamağa təlaş edir. Digər tərəfdən Rusiya mövcud vəziyyətin davam etməsindən istifadə edərək məntəqədə öz iştirakını göstərmək istəyir. Qarabağ münaqişəsinin həllində əsas oyunçu olan Rusiya Yeravan və Bakını qorumaqla onları Qarabağ münaqişəsinin həllinə ümidvar saxlaya bilər.
Cari ilin aprel ayında Azərbaycan və Ermənistan arasında şiddətli döyüşlər baş verdi. Rusiya Ermənistanın strateji müttəfiqi kimi Azərbaycan ordusunun irəliləməsinin və Ermənistanın rus meyilli prezidentinin hakimiyyətinin devrilməsinin qarşısını almaq məqsədilə münaqişənin həlli üçün yeni layihə təqdim etdi. Rusiya təklif etdi ki, əvvəl Ermənistan ordusu Azərbaycanın işğal olunmuş yeddi şəhərinin beşindən çıxsın. Həmin iki şəhər Dağlıq Qarabağ, Ermənistan və Naxçıvan MR-sı arasında dəhliz rolu oynasın və bu iki şəhərin statusu məlum olana qədər Rusiya ordusu sülhməramlı qüvvələr çərçivəsində bu iki şəhərdə yerləşsin. Rusiyanın təklifi Azərbaycan və Ermənistanın etirazları ilə qarşılaşdı. Ermənistan işğal etdiyi əraziləri qaytarmaq istəmir, Azərbaycan da bu təklifin Qarabağın Azərbaycandan tam ayrılması üçün Rusiyanın tələsi olmasından ehtiyat edir. Sözsüz, münaqişə tərəfləri nə sülh və nə müharibə durumunda olduqları zamanda Cənubi Qafqaz regionu Azərbaycan və Ermənistan arasında toqquşmaların şahidi olacaq. Ancaq bu tam miqyaslı bir müharibəyə çevrilməyəcək.
Məqalənin sahibi Qarabağ münaqişəsinin perspektivini belə formalaşdırmışdır ki, Ermənistan geniş bir müharibəyə daxil olmadan işğal etmiş Azərbaycan torpaqlarını geri qaytaracaq. Çünki zaman ötdükcə bir sıra şəraitlər Ermənistanı bu addımı atmağa məcbur edəcəkdir. Digər tərəfdən Azərbaycan da müharibə olmadan münaqişənin həll olunmasını arzulayır. Azərbaycan bir tərəfdən Ermənistanla müharibədə iştirak etmək istəməyən və ölkədə demokratik bir durum yaranmasının ardınca olan, İlham Əliyev dövləti ilə qarşılaşmağı ideoloji mahiyyət daşıyan müharibəyə daxil olmaqdan üstün tutan gənc nəsillə üzləşib. Digər tərəfdən də Bakı dövləti milli sərvətin istehsalında o qədər də dəyər daşımayan Dağlıq Qarabağa görə dünya bazarlarında neft ehtiyatlarından faydalanmaq üçün yaranmış əlverişli şəraiti və dünya bazarlarına neft ixrac edib neft dollarları qazanmağı itirmək istəmir. Çünki Dağlıq Qarabağ erməniləri çoxlu mübarizələr, çətinlik və məhrumiyyətlər bahasına qazandıqları ərazini itirdikləri surətdə bunun əvəzini çıxmaq üçün Azərbaycanın qərbə neft axını borularını xarab etməkdən və buna mane olmaqdan başqa bir yolları qalmayacaq.
Başqa bir tərəfdən isə bir sıra hadisələr vardır ki, Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə rəğbətləndirir. Ermənistan öz zəif iqtisadiyyatı ilə qondarma Dağlıq Qarabağ Respublikasına da yardım etməyə məcburdur. Bu mövzu getdikcə Ermənistan əhalisinin etirazı ilə qarşılaşacaq. 2008-ci ildən indiyə kimi iqtisadi tənəzzüllə qarşılaşmış Ermənistanın ağır iqtisadi durumu bu ölkəni tərk edənlərin sayının artması ilə üzləşdirib. Digər tərəfdən Ermənistanda da Azərbaycan kimi müharibəyə meyli olmayan və Cənubi Qafqaza hakim olmuş soyuq müharibə mühitində yaşamaq istəməyən gənc nəsil formalaşmışdır. Habelə, Ermənistanın zənginləri də Azərbaycanın yüksək çinli zənginləri kimi müharibə ilə öz sərvətlərini itirmək istəmirlər.
Müəllif sonda iqtisadi hadisələri Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli amil kimi tanıyır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button