ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran: Səudiyyə Ərəbistanı ilə səfirlikləri qarşılıqlı şəkildə açmağa hazırıq

“Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən bərpa etməyə və səfirlikləri qarşılıqlı şəkildə açmağa hazırıq. İrana qarşı necə konstruktiv mövqe tutacağına məhz Səudiyyə tərəfi qərar verməlidir.”
 bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
Tehranda beynəlxalq forumda çıxışı zamanı Hüseyn Əmir Abdullahiyan bildirib ki, sabah İordaniyada “Bağdad-2” adlı beynəlxalq zirvə toplantısında iştirak edəcək.
O, burada Səudiyyə Ərəbistanın XİN rəhbərli ilə görüşlə bağlı sualı cavablandırarkən İranın rəsmi ər-Riyadla əlaqələri əvvəlki kimi bərpa etməyə, səfirliklərin də qarşılıqlı şəkildə açılmasına hazır olduğunu bildirib.
Abdullahiyan əlavə edib ki, indi belə bir qərarı məhz Səudiyyə Ərəbistanı verməlidir.
Qeyd edək ki, iki ölkə diplomatik əlaqələrini 2015-ci ildən dayandırıblar. Bir ildən çoxdur tərəflər Bağdadda münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button