ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Transregional təşkilatlara üzvlük İranın dünya üçün əhəmiyyətini artırır – AKTUAL

İran İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü ilə yanaşı, bu günlərdə BRİKS-də də rəsmi üzvlük əldə edib. Müşahidəçilər bunu 13-cü hökumətinin nailiyyətləri sırasında görürlər.
Transregional qurumlara üzvlüyün ən mühüm nəticəsi İranın Avropa və Amerika tərəfindən təcrid olunmasının iflasa uğraması və xarici siyasətdə tarazlığın həyata keçirilməsidir.
Bu xüsusda Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni deyib ki, İranın BRİKS-ə qoşulması 13-cü hökumətin xarici siyasətinin beynəlxalq ölçüdə Şanxay təşkilatına qoşulması qədər əhəmiyyətlidir.
13-cü hökumətin xarici siyasətinin beynəlxalq aspekti ondan ibarətdir ki, İran beynəlxalq münasibətlərdə öz layiqli yerini tapa bilsin və İslam Respublikası və xalqın mənafeyini təmin etmək üçün beynəlxalq struktur və mexanizmlərdə təsirli rol oynaya bilsin. Şübhəsiz ki, bu yolla İran İslam Respublikası regional və beynəlxalq münasibətlər sahəsində öz ideyalarını reallaşdıra bilmək üçün yeni imkanlar əldə etmiş olacaqdır.
BRİKS qrupunun əhəmiyyətinə gəlincə, üzv ölkələr hazırda beynəlxalq strukturun formalaşmasında mühüm qüvvəyə çevrilib.
Bu il avqustun 22-dən 24-dək Cənubi Afrika Respublikasının Yohansburq şəhərində BRİKS-in 15-ci sammiti keçirildi və iclasda İran, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Efiopiya rəsmi olaraq BRİKS ailəsinə daxil edildi.
BRİKS qrupu 17 il əvvəl yarandığı gündən həmişə özünün açıq, əhatəli və qazan-qazan əməkdaşlıq ruhuna sadiq qalıb, həmrəyliyi və əməkdaşlığı gücləndirib, ədalət və insafı dəstəkləyib, birgə inkişaf ardınca olub. Nəticədə onun təsiri günü-gündən artır, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan ölkələr üçün əsas əməkdaşlıq platformasına çevrilib və beynəlxalq idarəetmənin inkişafına kömək edir. İranın isə potensiallarını nəzərə alaraq bu qrup Tehran üçün əlverişli platforma rolunu oynayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button