ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Q.İbadoğlu təcridxanada işgəncələrə məruz qalır

Kürdəxanı istintaq təcridxanasında saxlanılan iqtisadçı Qubad İbadoğluya qardaşı Qalib Bayramovla görüşə icazə verilib. Bayramov sosial şəbəkədə bildirib ki, Qubadın gözlərinin altı tuluqlanıb, şişkinlik hələ də çəkilməyib. Həmçinin onda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur. Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb. Üstəlik gecələr kamerada işıqlar söndürülmür. “Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”, – deyə Qalib Bayramov vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button