ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tramp korrupsiyaya görə, 355 milyon dollar cərimə ödəməlidir

Hakim Artur Enquron həmçinin keçmiş prezident Trampı Nyu-York ştatında hər cür bank krediti almaq, dövlət şirkətlərində idarəçilik vəzifələrinə yiyələnmək və Nyu-Yorkda istənilən biznes fəaliyyəti göstərməkdən/ üç il müddətinə məhrum edib.

Hakim Enquron/ Trampın oğlanları- Donald, Cuniyor və Eriki də biznes keçmişlərini saxtalaşdırmaq, qeyri-düzgün maliyyə hesabları vermək də daxil olmaqla/ Nyu-Yorkda dələduzluq etmək üstündə səkkiz milyon dollar məbləğində cərimə edib.

Trampın vəkili bu hökmü dırnaqarası «aşkar ədalətsizlik» adlandırıb və deyib ki, appellyasiya şikayəti verməyi planlaşdırır.

İkin prezident seçkilərində Respublikaçılar Partiyasından Co Baydenin əsas rəqiblərindən sayılan/ keçmiş prezident Donald Trampın əleyhinə xeyli sayda məhkəmə işi açılıb və Amerika prezident seçkilərinin keçiriləcəyi noyabr ayınadək onlara baxılması nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button