ArxivXəbər lentiXəbərlər

Azərbaycan XİN A.Əzimovun açıqlamasına qarşı etirazlara reaksiya verib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya münaqişəsi və Azərbaycanın bu barədəki mövqeyi ilə bağlı açıqlamasının yayımlanması ardınca, Azərbaycanın müxalif partiyalarının rəhbərləri və bəzi siyasi təhlilçilər müxtəlif açıqlamalarla ona etiraz ediblər.

Yeni Müsavat qəzetinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu etirazlara reaksiyada bir daha Araz Əzimovun açıqlamasını müdafiə edərək Azərbaycan Respublikasının Suriya münaqişəsi barəsindəki rəsmi mövqeyini elan edib.

Siyasi məsələlər üzrə ekspert Ərəstun Oruclu da bu barədə deyib: Azərbaycan üçün ən önəmli məsələ hal-hazırda ölkənin Suriya münaqişəsi barəsindəki mövqeyidir. Çünki Suriya məsələsi müasir dünyada gələcəkdə formalaşacaq yeni yolun bir hissəsidir. Əlbəttə bir müddət öncədən müxtəlif vasitələrlə Azərbaycan hökumətinə təzyiqlər göstərilirdi ki, bu barədə öz mövqeyini bəyan etsin.

O əlavə edib: Hökumət də çalışırdı ki, mümkün hər bir yolla bu məsələdə tərəfsiz ölkə olduğunu göstərsin. Lakin bu yararsız siyasət hesab olunur. İlham Əliyevin Londona səfəri, Suriya ilə əlaqədar konfransda iştirakı, Araz Əzimovun Avstriyada Rusiyanın siyasətinə yönəlik açıqlaması bu məsələnin bariz nümunəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button