ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Mirməhəmməd Bəşir: “Əgər İmam Mehdinin (əf) həqiqi müntəziri olmaq istəyiriksə, əvvəlcə nəfsimizi islah etməliyik”

“Müntəzir”lərə bayram hədiyyəsi

Bizlər İmam Zaman (ə.f) adı gələndə həmişə Allahdan iki şey istəyirik: Zühur tezləşsin və biz İmam Mehdinin (ə.f) həqiqi ənsarlarından (köməklərindən) biri olaq.
Birinci arzumuz üçün daima dua edirik və vəzifəmiz də elə dua etməkdir. Çünki zühurun nə zaman baş verəcəyini yalnız Allah bilir və bu, Allah istədiyi zaman baş verəcək. Əlbəttə zühurun baş verməsinin şərtlərindən biri də özümüzün zühura hazır olmağımızdır. Əgər zühura hazır olsaq, bu zaman həm də ikinci arzumuz gerçəkləşəcək və həqiqi “ənsar” və “müntəzir”lərdən ola biləcəyik.
Bunun üçün nə etməliyik?
Hədislərə nəzər salsaq, İmam Mehdi (ə.f) üçün iki dəstə ənsar və kömək qeyd olunduğunu görəcəyik.
Birinci dəstə xüsusi insanlardır və onların sayı 313 nəfər olacaq. İmam (ə.f) onların vasitəsi ilə dünyanı idarə edəcək. Onların hər birinin kimliyi, milliyyəti, dili, xüsusiyyəti, peşə və sənəti İmam Zamana (ə.f) əvvəlcədən məlumdur. Onların sayı düzəlməyincə İmam Zühur (ə.f) etməyəcək.
İkinci dəstə ənsar və köməklər isə zühurdan sonra İmamın (ə.f) səsinə ilk “ləbbeyk” deyərək ətrafına toplaşanlar olacaqlar. Onların ilk sayı 12 min nəfər olacaq. İmam (ə.f) qiyamını bu 12 min nəfərlə başlayacaq və daha sonra İmamın (ə.f) qoşununun sayı yavaş-yavaş çoxalacaq. Qiyam başladıqdan sora İmama (ə.f) qoşulanları 3-cü ənsar və kömək dəstələri də hesab etmək olar.
İmamın (ə.f) xüsusi ənsarlarının (313 nəfərin) xüsusiyyəti
Dedik ki, xüsusi ənsalar adları və xüsusiyyətləri ilə İmam Zamana (ə.f) məlumdur. Onların sayı, adları, ləqəbləri, irqləri, şəhərləri, dilləri və sair xüsusiyyətləri İmam Zamana (ə.f) öncəki məsumlar (ə) tərəfindən möhürlənmiş bir səhifədə çatmışdır. Onların sayının Həzrət Talutun (ə) əshabının və Bədr döyüşçülərinin sayı qədər olduğu deyilir. Onlar bir-birini tanımırlar. Zühur baş verən zaman onların arasında heç bir görüş vədələşməsi olmadan Allah-Taala onları dünyanın hər bir tərəfindən İmam Mehdinin (ə.f) ətrafına toplayacaq.
Hədislərdə onlardan “İlahi kişilər”, “əmirlər”, “vəzirlər”, “tanınmış simalar”, “bayraq sahibləri”, “ümmətin ən xeyirliləri”, “Allahın xəzinələri”, “Allahın zəxirələri”, “qüvvət sahibləri”, “Allahın yer üzərində xalq hakimləri” və “insanlara hakimiyyət edənlər” kimi sifətlər və xüsusiyyətlərlə yad edilmişdir.
Əhli-Sünnə alimi İbn Ərəbi “əl-Fütuhat” kitabında hədis qaynlarına istinadən İmam Mehdinin (ə.f) ənsarlarını belə vəsf edir:
«… وَ لَهُ رَجالٌ اِلهُیّون یـقیمُونَ دَعْوَتَهُ وَ یَنْصُرُونَهُ، هُمْ الوُزَراءٌ لَهُ، یَتَحَمَّلُونَ اَثْقُالَ المَمْلَکَةِ عَنْهُ، وَ یُعینُونَهُ عَلى ما قلَّدَه اللّهُ…».
“Onun (İmam Mehdi) üçün İlahi kişilər vardır ki, onun dəvətini bərpa edəcəklər, ona kömək edəcəklər. Onlar onun vəziridirlər. Məmləkətin (dünyanın idarəsinin) ağır yükünü onun çiyinlərindən götürəcəklər. Allahın onun öhdəsinə qoyduğu əmri yerinə yetirməkdə ona kömək edəcəklər.
Əbu Bəsir uzun bir hədisdə İmam Sadiqdən (ə), o həzrət də cəddi İmam Əlidən (ə) nəql etdiyi hədisdə İmam Mehdinin (ə) ənsarları barədə belə buyurur:
هُمُ النُّجَباءُ وَ الْقُضاةُ وَ الْحُکّامُ وَ الفُقَهاءُ فِى الدّیِن
“Onlar nəcib (bir millətin seçilmiş insanları, kəramətli insanları), qazi (məhkəmə), hakim və din fəqihləridirlər”. (Amuli, “Dəlailul-İmamət”, s.554, hədis:130/526).
Hədislərdən və müsəlman alimlərinin bu barədə görüşlərindən məlum olur ki, 313 nəfər xüsusi ənsar xüsusi özəlliyi olan və seçilmiş insanlar olacaqlar.
Həmçinin onların İmam Mehdi (ə.f) hakimiyyətində xüsusi vəzifə və məsuliyyətləri olacaq. İmam Mehdi (ə.f) onların vasitəsi ilə dünyanın şərqi və qərbinə hakimiyyət edəcəkdir.
Onlar dini təhfirdən qoruyacaq, insanları azdırmaq istəyənlərlə mübarizə aparacaq, azğın düşüncə və fikir yayanları məhv edəcək və sağlam məntiq və möhkəm dəlillərlərlə insanları hidayət edəcəklər.
P.S: Buna görə də əgər İmam Mehdinin (ə.f) “müntəzir”i və həqiqi ənsarlarından olmaq istəyirksə, əvvəlcə nəfsimizi islah etməli, özümüzü zühura hazırlamalıyıq, dinimizdə fəqih olmalı, dinimizi öyrənməli, bəsirət sahibi olmalıyıq, sonra da “intizar” mədəniyyətini təbliğ etməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button