ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İşğalçı rejimin Azərbaycandakı səfiri müsəlmanların şüuruna hörmətsizlik etdi

Corc Dik: Yəhudilər öz müqəddəratlarını təyin edirlər!
Qondarma İsrail rejiminin Azərbaycan Respublikasındakı səfiri tarixi açıq şəkildə təhrif edərək Fələstin torpaqlarını sionistlərin vətəni   adlandırıb.
Amerikanın Səsinin Azərbaycan xidmətinə verdiyi müsahibədə diplomat öz gülünc iddiasını əsaslandırmağa çalışaraq deyib: “Fələstinlilərlə sülh çox sadə səbəbə görə nəticə vermir – onlar hələ də yəhudiləri öz torpaqlarında öz müqəddəratını təyinetmə hüququna malik olan İsrail torpağının yerli əhalisi kimi tanımırlar. İordan çayının qərb sahilindəki Fələstin rəsmiləri nəinki İsraili yəhudilərin vətəni kimi tanımırlar, yəhudi xalqının varlığını ümumiyyətlə qəbul etmirlər. Onlar yəhudiləri xarici müstəmləkəçi hesab edirlər”, – deyə terror dövlətinin diplomatı qeyd edib.
Məzlum Fələstin xalqına qarşı qırğınlara bəraət qazandıran Dik vurğulayıb ki, Fələstin rəhbərliyi yəhudilərin öz müqəddəratını təyin etməsinə qarşı müharibəyə son qoymalı və İsraili yəhudilərin vətəni kimi tanımaq öhdəliyi götürməlidir;
Həyasızlığın son həddini aşan İsrail səfiri sonra irqçi rejimə yaraşan xüsusiyyəti günahsız fələstinlilər haqda işlədib. O deyib ki, “azad dünya birləşməli və barbarlığa və zülmə qarşı qətiyyətli olmalıdır”.
Sionist rejim səfiri sonda İsrail ordusunun Qəzzə əhalisinə qarşı cinayətlərini davam etdirəcəyini bildirib.
“HƏMAS təslim olmalı, Qəzzə zolağı tamamilə silahsızlaşdırılmalıdır. Əgər bu baş verməsə, İsrail HƏMAS məhv edilənə qədər müharibəni davam etdirəcək. Bu, ərazi uğrunda müharibə deyil. Bu, bəşəriyyətin gələcəyi üçün müharibədir. Ona görə də heç bir kompromisdən söhbət gedə bilməz”, – deyə cinayətkar rejimin səfiri yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button