ArxivXəbər lentiXəbərlər

Azərbaycanda bir ailədə ər və arvad ehtiyac üzündən böyrəklərini satıb

Ərin böyrəyi azərbaycanlıya, Sevinc Şirəliyevanın böyrəyi isə milliyyətcə ərəb olan bir şəxsə köçürülüb
Ucar rayonunun Qarabörk kəndində yaşayan gənc ailədə həm ər, həm də arvad böyrəyini satıb. Onlar bildirib ki, maddi çətinlik üzündən bu addımı atıblar.
Orqan alverində – insanları öz böyrəklərini satmağa məcbur etməkdə, onlara pul vəd edib aldatmaqda ittiham olunan Vahib Xudadatovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyilə mayın 6-da keçirilən prosesdə böyrəyini satan daha dörd nəfər, o cümlədən sözügedən ailənin başçısı Rauf Şirəliyev ifadə verib. O bildirib ki, həyat yoldaşı hamilə olduğuna görə məhkəməyə gələ bilməyib. Ancaq nə onun, nə də həyat yoldaşının şikayəti var. Onları heç kim məcbur eləməyib, böyrəklərini maddi ehtiyac ucbatından – daimi iş tapa bilmədiyindən borcları yarandığına, Ucarda özlərinə bir ev tikib başa çatdıra bilmədiklərinə görə satıblar.
Rauf Şirəliyev böyrəyinə görə 8 min manat, həyat yoldaşı isə 12 min dollar alıb. Ərin böyrəyi azərbaycanlıya, Sevinc Şirəliyevanın böyrəyi isə milliyyətcə ərəb olan bir şəxsə köçürülüb. Hər iki əməliyyat Tacikistanda baş tutub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button