ArxivXəbər lentiXəbərlər

Tbilisidə Azərbaycan və gürcü dilində Qurani Kərimin təqdimatı olub (Foto)

Gürcüstanda azərbaycanca ilk dəfə, gürcücə isə növbəti dəfə çap olunan Qurani-Kərimin tərcümələrinin təqdimat mərasimi olub

bu gün Tbilisidə  “Ambasadori” mehmanxanasının  iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dəstəyi ilə azərbaycanca ilk dəfə və gürcücə növbəti dəfə çap olunan Qurani-Kərimin tərcümələrinin  təqdimat mərasimi olub.
Qeyd edək ki, yenicə işıq üzü görmüş müqəddəs kitabda həm ərəbcə  mətn,  həm də tərcüməsi yer almışdır.

3000 tirajda 1212 səhifədən ibarət olan Allahın kitabı Gürcüstanda olan dini məkanlara, təhsil ocaqlarına, kitabxanalara, təşkilatlara, həbsxanalara və inanclı müsəlman əhaliyə verilməsi nəzərdə tutulub.
Təqdimat mərasimində müsəlman din xadimləri və digər dini icmalarla yanaşı dövlət, səfirlik nümayəndələri, ictimai xadimlər iştirak edib.

Mərasimdə çıxış edən BGMİ-nin şeyxi, müftiləri və digər siyasət və elm adamları Qurani-Kərimin azərbaycanlı müsəlmanlar üçün tərcüməsini yüksək qiymətləndirərək İlahi kitabın insanları sülhə, səmimiyyətə, barışa, birliyə, xeyirxahlığa, sevgiyə, mərhəmətə, doğruluğa və dürüstlüyə səslədiyindən söhbətlər ediblər.

Çıxış edənlər tərəfindən İslam Peyğəmbərinin və İsa (ə)-ın mövludları münasibətilə müsəlman və  məsihi əhaliyə təbrik ünvanlanıb.
Sonda qonaqlara Azərbaycan və Gürcü dillərində Qurani-Kərimin tərcümələri təqdim olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button