ArxivXəbər lentiXəbərlər

Zil-hiccənin 29-u İmam Hüseynə (ə) çatan şəhadət xəbəri

İmam zil-hiccənin 29-da Uzəybul-Hicanat bölgəsinə çatanda ona Küfəyə göndərdiyi daha bir səfiri Qeys ibni Müsəhhərin şəhadət xəbəri verildi.
 İmam Hüseyn fasiq, zalım və fitnəkar Yezidə qarşı qiyamını zil-hiccənin 8-dən başladı. İmam qiyamı hacıların Məkkəyə axışdığı bir zamanda etdi ki, islam ümməti hacılar vasitəsilə onu eşitmiş və bilmiş olsun və bu yolla İmam insanlara höccəti tamamlamış olsun. İmam Tərviyə günündən başlayaraq, Küfəyə üz tutdu. İmam 20 gündən sonra İraq ərazisinə girdi və zil-hiccənin 29-da Küfə ətrafında yerləşən Uzəybul-Hicanat bölgəsinə çatdı.

İmam yol boyu müxtəlif səhabələri görərək, onlara öz qiyamının mahiyyətini açıqlayırdı.

İmam zil-hiccənin 29-da Uzəybul-Hicanat bölgəsinə çatanda ona Küfəyə göndərdiyi daha bir səfiri Qeys ibni Müsəhhərin şəhadət xəbəri verildi.

Qeys ibni Müsəhhər Seydavi imamın məktubunu küfəlilərə və onun əmisi oğlu digər bir səfir olan Müslim ibni Əqilə çatdırmalı idi. Qeys ibni Musəhhər İmamın qiyamı və ondan öncə on mindən artıq imzalara malik olan məktubları imam çatdırmışdı.

Qeys İbni Ziyadın sərkərdələrindən biri olan Həsin ibni Numeyrin əlinə keçdi. O tutulmadan öncə İmamın Müslimə göndərdiyi məktubu ağzında çeynəyib, uddu. İbni Ziyadın əlaltıları məktubun mahiyyətini bilmək üçün ona olmazın işgəncələrin verdilər. Lakin o heç bir sirri vermədi.

İbni-Ziyad sonda ondan minbərə çıxıb İmam Hüseyni pisləməyi və Müaviyə ilə Yezidi tərifləməyi tələb etdi və bunun müqabilində onun sağ qalacağını vəd verdi. Qeys razılaşdı.

O minbərə çıxdı Allaha həmd-səna dedikdən sonra birbaşa özünün İmamın elçisi olduğunu dedi və Muaviyə ilə Yezidi lənətləməyə başladı.

İbni-Ziyad onu qəsrin üstündən yerə atmağı əmr etdi. Onun şəhadət xəbəri 29 zil-hiccədə İmam Hüseynə çatdı.

Bu zaman İmam ağladı və Əhzab surəsinin 23-cü ayəsini oxudu:

“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər,”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button