ArxivXəbər lentiXəbərlər

Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib – Fotolar

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirir.

qafqaz.ir  xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları “Rustaveli” metro stansiyası yaxınlığında toplaşıb. Onlar M. Saakaşvilinin Ukraynada təqib olunmasına etiraz edərək irəli sürülmüş ittihamları əsassız adlandırıblar.

VHM Siyasi Şurasının üzvü Koba Xabazi deyib ki, aksiyanın əsas şüarı “Gürcüstan və Ukraynada oliqarxlara son!” şüarıdır. O bildirib ki, Saakaşviliyə qarşı irəli sürülmüş və onun Rusiya ilə əməkdaşlıq etməsi barədə ittihamlar, sadəcə, gülüş doğurur.

Dəstək aksiyasının yürüşlə davam etdiriləcəyi gözlənilir.

Xatırladaq ki, dekabrın 5-də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. Ukraynanın Baş Prokurorluğu M. Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edir.

tbiliside saakasviliye destek aksiyasi kecirilib

tbiliside saakasviliye destek aksiyasi kecirilib

tbiliside saakasviliye destek aksiyasi kecirilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button