ArxivXəbər lentiXəbərlər

Bakıda Qüdsün sionist rejim paytaxtı elan olunmasına etiraz üzrə iclas keçirilib

İşğal olunmuş Qüds şəhərinin sionist rejimin paytaxtı elan olunmasına etiraz əlaməti olaraq Azərbaycan Respublikasının siyasi və ictimai dairələrinin nümayəndələrinin iştirakı ilə Bakıda iclas keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev etdiyi çıxışında ABŞ prezidentinin bu qərarını ABŞ və əlaltılarının islam dünyasının nailiyyətləri qarşısındakı acizliyinin nişanəsi adlandırıb və deyib: ABŞ-ın bu qərarı müsəlmanlara hörmətsizlik, BMT-nin qətnamələrinə etinasızlıq və bu ölkə rəsmilərinin qanunsuzluğunu əks etdirir.

O Qüds məsələsini islam dünyasının qırmızı xətti adlandırıb: Hazırda islam dünyası müxtəlif cəhətlərdən yaxşı inkişaflar əldə edir, islam ideologiyasına əsasən dünyanın idarəçiliyi aşkar olur. Bu məsələ islam düşmənlərini nigaran edib və elə buna görə, islamla öz düşmənçiliklərini açıq-aşkar etiraf edirlər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu iclasda ABŞ prezidentinin bu qərarının dünyanı hərəkətə gətirdiyini və müxtəlif reaksiyalarla üzləşdirdiyini deyib: Bu, dünya müsəlmanları üçün bir sınaqdır. Bu açıq-aşkar düşmənçiliklər qarşısında birləşməli və addım atmalı və ABŞ-la əlaqələrini kəsməlidirlər.

Bu prosesin islamın digər əraziləri haqda da baş verə biləcəyini bildirən Akif Nağı müsəlmanların birliyi və həmrəyliyini bütün məkrli planların zərərsizləşdirici adlandırıb və müsəlmanlar və islam ölkələri dövlət başçılarının ayıq-sayıqlığını vurğulayıb.

Qələm Yazarlar Birliyinin təşəbbüsü ilə Azərbaycan İslam Partiyasının ofisində təşkil olunan bu iclasın davamında siyasi və ictimai dairələrin bir qrup nümayəndəsi ABŞ prezidentinin bu qərarının açıq və gizli məqsədlərini açıqlayıblar.

Müsəlmanların həmrəyliyi və birliyinin vacibliyi, islam ölkələri dövlət başçılarının bu qərara reaksiyası, ABŞ-la diplomatik əlaqələrin kəsilməsi bu iclasda natiqlərin sözlərinin əsas mehvərini təşkil edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button