Arxiv

Əsas qanunu dəyişib özünü prezident etdi

Hollandiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası barədə hesabatı rəsmi Bakıda narahatçılıq yaradıb.

Hollandiyanın Xarici İşlər Nazirliyinin rəsmi hesabatında bildirilir : “İlham Əliyev üçüncü dəfə prezidentliyə iddia edərək bu məqsədlə əvvəlcədən konstitusiya da daxil olmaqla bir sıra qanunvericilik aktlarını dəyişdirdi, bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı.”

Rəsmi hasabatda əlavə olunub : “Qanunvericiliyə edilən dəyişikliklər eyni zamanda vətəndaşların hərəkət və ifadə azadlıqlarını məhdudlaşdırılmasına yönəlmişdi. Builki prezident seçkisi ərəfəsində ifadə, sərbəst toplaşma, birləşmə azadlıqları əvvəlki seçkilərlə müqayisədə daha çox məhdudlaşdırılmışdı”.

Sənəddə bildirilir ki, Azərbaycan ifadə azadlığı indeksinə görə 179 ölkə arasında 156-cı yerdə qərarlaşıb: “Əksər mətbu orqanlar və jurnalistlər ölkə prezidenti və onun ailəsi ilə bağlı məsələlərdə özünə senzura tətbiq edir. Ölkədə hakimiyyəti tənqid edən mətbu orqanlar və jurnalistlərin sayı getdikcə azalır. Müstəqil jurnalistlər təqib edilir, fiziki zorakılığa məruz qoyulur, həbsə atılır. Hüquq müdafiəçiləri, bloqçular, tənqidçi jurnalistlər və etirazçılar narkotik, xuliqanlıq və digər saxta ittihamlarla tutulur. Ölkədə medianın 80 faizi hökumətin nəzarəti altındadır. Müxalif mətbuatın ciddi maliyyə problemləri var. Ölkədə hüquqi şəxslərin qeydiyyat məsələsi problem olaraq qalır. Xüsusən hüquq müdafiə, demokratiya və qeyri-ənənəvi dini məsələlərə aidiyyəti olan təşkilatların qeydiyyatında problemlər yaşanır.”

Hollandiyanın Xarici İşlər Nazirliyinin rəsmi Bakının narahatçılığına səbəb olan hesabatında əlavə olunub : “ Dinc nümayişlər və mitinq azadlığı ölkə konstitusiyası ilə tanınsa da, praktikada buna əməl edilmir. Hesabat dövrü ərzində icazəsiz aksiya iştirakçılarına ağır cərimələr nəzərdə tutan qanun qəbul edilib. Buna görə inzibati həbsin müddəti 15 sutkadan 60 sutkaya qədər artırılıb. 2006-cı ildən etibarən Bakı meriyası şəhərin mərkəzində nümayiş keçirilməsinə qadağa qoyub”.

Hesabatda qeyd olunur ki, hakim və vəkillərin sayının azlığı, korrupsiya, məhkəmələrin icra hakimiyyətindən asılılığı ölkədə məhkəmə sisteminə təsir edən neqativ amillərdir: “2012-ci ildə Azərbaycanda təxminən 20 min məhbus olub. Bu rəqəm Avropa Şurası üzv digər ölkələrlə müqayisədə (100 min nəfərə düşən məhbusların sayına görə) iki dəfə çoxdur. Ölkədə işgəncələrə tez-tez təsadüf edilir. 2012-ci ildə 141 işgəncə faktı qeydə alınıb. İşgəncələrə bir qayda olaraq polis bölmələrində rast gəlinir”.

Hollandiyanın Xarici İşlər Nazirliyinin bu hesabatında insani hüquqları pozulmuş hicablı məktəblilərin haqqı açıq müdafiə olunmayıb!!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button