ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

BMT baş vermiş terror aktı ilə bağlı İrana başsağlığı verdi

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreşin mətbuat katibi Stefan Dujarrik cümə günü İranın Sistan Bəlucistan vilayətinin Rask şəhərində törədilən terror hadisəsini kəskin şəkildə pisləyib.

Dujarrik bu acı hadisə ilə bağlı açıqlamasında deyib ki, hazırda əsas öndə duran vacib məsələ bu hadisənin səbəbkarlarının məsuliyyətə cəlb olunmasıdır.

Quterreşin sözcüsü Birləşmiş Millətlər Təşkilatı İran hökuməti və xalqına həmçinin həlak olanların ailələrinə başsağlığı verməklə yanaşı, bu hadisədə yaralananlara tezliklə şəfa və sağlamlıq arzuladığını bildirib.

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyinin təhlükəsizlik və asayiş üzrə müavini Seyid Məcid Mirəhmədi ötən gün axşam saatlarında Rask şəhərində polis qərargahında törədilən terror aktı ilə bağlı bildirib ki, cümə günü gecə saat 2-də ilkin məlumatlara görə, 10-a yaxın terrorçu Rask şəhərindəki polis qərargahlarından birinə hücum edərək yardımçı qüvvələrin gəlməsinin qarşısını almaq üçün pusqu qurublar. Baş verən hadisənin ardınca polis qüvvələri mühasirəni yararaq qəhrəmanca mübarizə aparmış və nəticədə iki polis bu hadisədə şəhid olmuşdu.

Daha sonra İran Daxili İşlər Nazirliyinin təhlükəsizlik və polis zabitinin müavini məsələyə aydınlıq gətirərək bildirib ki, polis qüvvələrinin güclü müqaviməti nəticəsində terrorçular bur qarşıdurmadan qaçmağa məcbur olublar.

Xatırladaq ki, bu mənfur terror hücumunda 11 FƏRACA işçisi şəhid olmuş, altı nəfər isə yaralanmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button