ArxivXəbər lentiXəbərlər

İsrail nazirinin Ermənistana müəmmalı səfəri – silah ticarəti sazişi imzalana bilər

Tsaxi Haneqbi: “Buraya sadəcə ticarət məqsədilə gəlmişəm”; Şavarş Köçəryan: “İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər”

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərə gəlib. Səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutub.

Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir.

Haneqbi özü 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə o, İsrail parlamenti Knessetin təhlükəsizlik və beynəxalq münasibətlər komissiyasının sədri olub.

Haneqbi Nalbandyandan sonra Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosyanla da görüşüb və onunla kiber təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Lakin erməni jurnalistlərini işin rəsmi tərəfindən daha çox siyasi yönləri maraqlandırıb.

“Azadlıq” radiosunun Ermənistan bürosunun (“Radio Azatutyun”) müxbiri İsrail nazirinə son səfərin in iki ölkə araında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Tsaxi Haneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətini hərbi və təhlükəsizlik sahələri əhatə etmədiyini söyləyib. O səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirib.

Nazir İsrailin Azərbaycanla hərbi əməkdaşlıqla bağlı verilən suallardan ustalıqla yayınıb: “Məni bu cür həssas məsələlərdən kənarda tutun. Buraya sadəcə İsrail və Ermənistan arasında münasibətlərin pozitiv aspektlərini müzakirə etməyə gəlmişəm”.

Lakin Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tamam başqa sözlər işlədib.

“İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən sayılır. Lakin bu dövlət Ermənistana da silah satmağa hazırdır. Əgər bu, baş tutarsa onların verdiyi qiymət təklifi və digər faktorlardan asılı olacaq”.

“İsrailin mövqeyi olduqca sadə və ümumi şəkildə ifadə olunb. Onlar hamıya, o cümlədən bizə də silah satmağa hazırdırlar. Hərbi əməkdaşlıq sahəsində biz KTMT formatında hərəkət etsək də, bizim NATO ilə həyata keçirdiyimiz bir sıra proqramlar var”, – erməni nazir deyib.

Şavarş Köçəryan İsrail –Ermənistan münasibətlərində problemlərin qaldığını da etriaf edib. O, bir-birindən aralı düşən iki dövlətin yaxınlaşması və dialoq aparılması üçün addımlar atıldığını qeyd edib.

Sonda onu da qeyd edək ki, erməni lobbisinin zəif də olsa İsrail parlamentində dəstəyi mövcuddur. İsrailin solçu “Merets” partiyasının lideri Zahava Galyon Ermənistanın aktiv müdafiəçisidir. Bu qadın dəfələrlə İsrailin Azərbaycan silah satmasına qarşı çıxıb və qondarma “erməni soyqırımı”nın parlamentdə tanınması üçün məsələ qaldırıb.

Musavat.com

 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

 
Şərh yoxdur

ƏLAQƏLİ XƏBƏRLƏR

 28.07.2017 1285

Rusiya hərbçilərinin Azərbaycanın neft kəmərinin bir hissəsini tutmasına Bakıda nə deyirlər…

 28.07.2017 3966

İsrail nazirinin Ermənistana müəmmalı səfəri – silah ticarəti sazişi imzalana bilər

 26.07.2017 641

Fikrət Qoca: “Nizami indi göydən baxıb, onlara gülür”

 

XƏBƏR LENTİ

29 IYUL 2017

08:50 “Qorxma, qoy onlar səni öldürsün…” və ya Qərbin yeni siyasəti

08:45 Azərbaycanlı ekspert “Stratfor”un tezislərini alt-üst etdi

08:40 Yuvacıq

08:35 60 yaşlı Zəlimxan Məmmədli ilə yubiley söhbəti

08:30 Rusiya-ABŞ qarşıdurması: Bakı uduşda

08:25 Elçibəy Mixail Saakaşviliyə nümunə göstərildi

08:20 İslam dünyasının “Qüds” yarası:Azərbaycan Fələstinin, yoxsa İsrailin yanındadır?

08:15 Gözəl Ququşun uzun gecəsi və uzun günü-gündüzü

08:10 Tanınmış iqtisadçıdan dollar-manat kursu ilə bağlı xəbərdarlıq

08:05 Bakı bazarlarında mövsümə xas olmayan bahalaşma: qiymətlər niyə qalxır?

08:00 Azərbaycandan Həccə avtomobillə getməyə icazə verilməyəcək

06:00 ABŞ yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib

05:22 Venesuela müxalifəti paytaxtda barrikadalar quraşdırmağa başlayıb

05:00 Lavrov: “Rusiya ABŞ-la münasibətlərin normallaşdırılmasına hazırdır”

04:32 Odessa sahillərində Böyük Vətən müharibəsi dövrünə aid silah-sursat gəmisi aşkar edilib

04:00 Rusiyaya qarşı sanksiyalar haqqında qanun Trampa təqdim olunub

03:46 Tramp Ağ Ev aparatına yeni rəhbər təyin edib

03:33 Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

03:20 Qulaqcıqdan çox istifadə edənlər… kar ola bilər

03:08 Köpək baliqlarını hipnoz edirlər, çünki…

02:55 Çox işləyən insan alkoqolik ola bilər

02:42 Ayrılan qadınların səhvləri bunlardır

02:29 Rusiya Rumıniyaya sərt etiraz bildirib

02:16 Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib

02:04 Breksit beş il sonra, 2022-ci ildə baş verə bilər

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button